Icma.az
close
up
RU
Otun bahalaşması ətin qiymətinə təsir edəcək? EKSPERT AÇIQLADI

Otun bahalaşması ətin qiymətinə təsir edəcək? EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ot, heyvandarlıq sektorunda əsas yem bazasını təşkil edir və bu resursun qiymətindəki dəyişikliklər istehsalın iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir. Xüsusilə, Azərbaycanda geniş yayılmış qapalı heyvandarlıq sistemləri çərçivəsində saxlanılan ətlik və südçülük istiqamətli heyvanların yem rasionunun böyük hissəsi yaşıl yemlər, xüsusilə də otla təmin olunur. Lakin azad otlaq sahələrinin məhdudluğu bu sahədə alternativlərin məhdud olmasına və ot məhsullarına olan tələbatın artmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: "Mövcud iqlim dəyişiklikləri və hava şəraitinin qeyri-sabitliyi səbəbindən biçilmiş ot məhsullarının keyfiyyəti ciddi şəkildə təsirlənə bilər. Xüsusilə, biçin dövründə yağıntının intensiv olması biçilmiş otun fermentasiyasına və qidalılıq dəyərinin azalmasına səbəb olur. Belə şəraitdə istifadəyə yararsız hala düşmüş ot məhsulları bazarda defisit yaradır və bu da qiymətlərin süni şəkildə yüksəlməsi ilə nəticələnir.

Digər mühüm amil kimi, yanacaq və enerji daşıyıcılarının qiymətləri də heyvandarlıq məhsullarının istehsalına təsir edir. Əldə olunan statistik göstəricilərə əsasən, kənd təsərrüfatı məhsullarının, o cümlədən otun istehsalında yanacaq və texniki resursların xüsusi çəkisi 40-60% arasında dəyişir. Dizel yanacağının qiymətindəki artım mexaniki becərmə, ot biçini və nəqliyyat xərclərini artırmaqla maya dəyərinin yüksəlməsinə və son nəticədə ət və süd məhsullarının bazar qiymətlərinin artmasına gətirib çıxarır.

Nəticə etibarilə, ot və enerji resurslarının qiymətindəki dəyişikliklər, heyvandarlıq məhsullarının istehsal səmərəliliyinə və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən, ot məhsullarının davamlı təminatı və qiymət sabitliyinin qorunması üçün dövlət tərəfindən subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, iqlim risklərinə qarşı sığorta sistemlərinin tətbiqi və alternativ yem bazalarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır".

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri