Ekspert: “Perplexity” kimi platformalar axtarış və süni intellekti birləşdirir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 may, AZƏRTAC
Böyük dil modellərinin (LLM) klassik axtarış sistemlərindən fərqli işləməsinə baxmayaraq, “Perplexity” kimi platformalar bu iki texnologiyanı birləşdirərək istifadəçilərə həm mənbəəsaslı, həm də təbii dildə formalaşdırılmış cavablar təqdim edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzrə proqram təminatı mühəndisi Adil Əliyev bildirib.
Ekspert vurğulayıb ki, “Perplexity” ilk mərhələdə istifadəçi sorğusunu böyük dil modelləri vasitəsilə optimallaşdırır və klassik axtarış mexanizmləri ilə internetdə uyğun mənbələri tapır. Daha sonra əldə olunan məlumatlar emal edilərək vahid və oxunaqlı cavab şəklində təqdim olunur.
O qeyd edib ki, bu yanaşma halüsinasiya riskini müəyyən qədər azaltsa da, yekun nəticə yenə də generasiya olunmuş mətn olaraq qalır. Buna görə də seçilən mənbələrin keyfiyyəti və kontekstin düzgün qurulması həlledici rol oynayır.
Adil Əliyev əlavə edib ki, “Perplexity” platformasında müxtəlif böyük dil modellərinin seçilməsi imkanı da mövcuddur və bu, istifadəçilərə daha çevik və fərdiləşdirilmiş təcrübə təqdim edir.
Müxbir – Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















