Icma.az
close
up
RU
Ekspert: “PKK nın tərkisilah prosesi ehtiyatla izlənilməlidir”

Ekspert: “PKK nın tərkisilah prosesi ehtiyatla izlənilməlidir”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həşim Səhrablı: PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz


Yaxın Şərqdə və xüsusilə Türkiyə ətrafında baş verən geosiyasi proseslər regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərməkdədir. Bu kontekstdə PKK-nın Türkiyədən geri çəkilməsi və tərkisilah prosesi ilə bağlı atdığı addımlar diqqət mərkəzindədir. Proses bir tərəfdən regionda silahlı toqquşmaların azaldılması istiqamətində müsbət addım kimi dəyərləndirilsə də, digər tərəfdən təşkilatın terror xarakteri və əvvəlki təcrübələr bu qərarların davamlılığına dair ehtiyatlı yanaşmanı zəruri edir. PKK-nın geri çəkilməsi həm Türkiyənin daxili təhlükəsizlik siyasətinə, həm də sərhədyanı bölgələrdəki qüvvələr balansına təsir edən mühüm hadisədir. Bununla yanaşı, Suriyada, İraqda və digər yaxın regionlarda mövcud qeyri-sabitlik, radikal qrupların fəaliyyəti və dövlət nəzarətinin zəifliyi bu prosesin nəticələrini daha mürəkkəb və çoxşaxəli edir. Buna görə də baş verən hadisələr təkcə təhlükəsizlik aspektindən deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq kontekstində təhlil edilməlidir.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:


"PKK-nın Türkiyədən geri çəkilməsi və sərhəd boyunca digər ölkələrdə toqquşma riskinin mövcudluğu, təşkilatın əvvəl qəbul etdiyi tərkisilah qərarının növbəti mərhələsi kimi dəyərləndirilə bilər. Hüquqi baxımdan PKK-nın müəyyən addımlar atması qeyd edilməsinə baxmayaraq, onun terror təşkilatı olması səbəbilə bu cür hüquqi öhdəliklərin və bəyanatların tam etibarlı olub-olmadığı şübhə doğurur. PKK nə bir sivil cəmiyyət, nə də dövlət strukturu olduğundan götürdüyü hüquqi öhdəliklərin daim əməl ediləcəyini avtomatik qəbul etmək mümkün deyil. Əvvəlki mərhələdə silahların zərərsizləşdirilməsi və bəzi yüksək rütbəli üzvlərin Türkiyə tərəfinə təslim olması müşahidə olunub. İndi isə Türkdən bütün silahlı qüvvələrinin çıxarılması və özü-özünü Türkiyə sərhədlərindən uzaqlaşdırmaq qərarı prosesin davamı kimi qiymətləndirilə bilər və bu, atılan addımların müəyyən ciddiyyətə malik olduğunu göstərir. Buna baxmayaraq ehtiyatı əldən verməmək vacibdir, təşkilatın istənilən vaxt öhdəliklərindən geri dönmə ehtimalı mövcuddur.

Əgər PKK öhdəliklərini pozarsa, uyğun cavab tədbirləri gündəmə gələcək. Qorxuducu və zorakı metodlardan istifadə məsələsi siyasi və hüquqi debatlara səbəb olur. Belə hallarda mübarizə üsullarının seçimi dövlətlərin strateji qərarlarına bağlıdır. Türkiyə hökuməti də prosesləri və bütün ehtimalları qiymətləndirir".


Ekspert bildirib ki, regionda ümumi qeyri-sabitlik fonunda Suriyada, İraqda və digər məkanlarda fərqli terror qruplarının fəaliyyəti davam edir: 

"Bu qeyri-sabitlik bir tərəfdən bəzi dövlətlərin ərazilərinə tam nəzarət edə bilməməsi ilə bağlıdır və nəticədə həmin ərazilər müxtəlif radikal qrupların yuvasına çevrilir. Burada PKK yalnız bütün terror təşkilatlarını təmsil etmir; onun ləğvi və ya fəaliyyətinin məhdudlaşdırılması digər qrupların davranışında avtomatik dəyişiklik yarada bilməz.

Digər terror təşkilatları öz fəaliyyətlərini davam etdirə bilər və bu təhlükənin qarşısını almaq üçün vahid yanaşma tələb olunur. Hüquqazidd, sivil cəmiyyət prinsiplərinə və beynəlxalq norma­lara zidd fəaliyyət göstərən qruplarla mübarizə siyasi, diplomatik və lazım gəldikdə hərbi vasitələrin kombinasiyasını tələb edə bilər. Lakin hər bir halda uzunmüddətli sülh və stabilliyin təminatı üçün regional aktorların, beynəlxalq təşkilatların və qonşu dövlətlərin əməkdaşlığı vacibdir.

Nəticə olaraq, PKK-nın geri çəkilməsi və əvvəlki tərkisilah addımları prosesin müsbət mərhələsi kimi qiymətləndirilə bilər, lakin bu addımların davamlılığı və regional sabitliyə təsiri ehtiyatlı qiymətləndirmə və davamlı nəzarət tələb edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri