Icma.az
close
up
RU
Hasan Oktay: Türkiyə PKK ilə bağlı prosesi son dərəcə diqqətli və ehtiyatla idarə edir

Hasan Oktay: Türkiyə PKK ilə bağlı prosesi son dərəcə diqqətli və ehtiyatla idarə edir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çünki PKK, Türkiyə ilə hər hansı bir razılaşma nəticəsində müəyyən imtiyazlar əldə edərsə, bu, digər terror təşkilatlarını da təşviq edə bilər


PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanla görüşmüş DEM Partiyasının heyəti ilə danışıqlar təxirə salınıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında bildirib.

Danışıqların təxirə salınmasının DEM Partiyanın həmsədri Sırrı Süreyya Önderin ötən gün infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olduğu bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a söyləyib ki, HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə qeyri-rəsmi şəkildə aparılan vəkalət müharibəsində iştirak edən bütün terror təşkilatlarının sıradan çıxarılmasına start verildi:


"Xüsusilə "Sovet sonrası rejim" kimi tanınan BƏƏS rejimi və Bəşər Əsədin devrilməsindən sonra marksist ideologiyalı terror qrupları da bölgədə təsirini itirdi. Bu mərhələdən sonra HƏMAS, Hizbullah və Həşdi Şabi kimi təşkilatlar sürətlə nüfuz dairələrini itirərək tarix səhnəsindən silinəcəklər. PKK da bu yuxarıda sadalanan təşkilatlar kimi beynəlxalq sistemin Türkiyəyə qarşı istifadə etdiyi bir alət idi. Türkiyə isə bu məsələdə prinsipial və davamlı bir mübarizə apararaq və PKK-nın 90%-ni zərərsizləşdirərək böyük bir uğura imza atıb. Buna baxmayaraq, HƏMAS-İsrail qarşıdurmasında Türkiyənin İranla bölgədə rol alma yarışında HƏMAS-la bağlı verdiyi bəzi açıqlamalar, məsələn "HƏMAS milli mübarizə aparır" kimi ifadələr İsrailin Türkiyəyə qarşı əlindəki bütün imkanları işə salmasına səbəb oldu. Bu vəziyyət təkcə PKK ilə məhdudlaşmadı — İsrail, Türkiyəyə qarşı bütün radikal qruplarla əlaqə saxlayaraq bu mübarizədə onların fəallığını artırdı. Bunların sırasında PKK, PYD və YPG kimi təşkilatlar ön plandadır.

Türkiyə, İsrailin bu addımlarına qarşılıq olaraq PKK ilə yeni bir danışıqlar prosesi başlatdı. Xüsusilə, PKK-nın şərtsiz olaraq silahı yerə qoyması məsələsi əsas mövzu kimi dəyərləndirilir. Çünki PKK, Türkiyə ilə hər hansı bir razılaşma nəticəsində müəyyən imtiyazlar əldə edərsə, bu, digər terror təşkilatlarını da təşviq edə bilər. Buna görə də Türkiyə prosesi son dərəcə diqqətli və ehtiyatla idarə edir".

Politoloq əlavə edib ki, Adalet və Kalkınma Partiyası (AKP), birinci açılım dövründə yaranmış problemləri nəzərə alaraq bu yeni mərhələni beynəlxalq vəziyyəti də diqqətə alaraq daha həssas şəkildə yürütməyə çalışır:

"Bu səbəbdən, Milliyyətçi Hərəkat Partiyası da bu prosesə daxil edilərək cəmiyyətdə potensial narazılığın qarşısının alınması üçün səy göstərir. Danışıqları aparan heyətdə yer alan Sırrı Süreyya Öndərin ciddi sağlamlıq problemi yaşaması isə bu prosesi bir qədər təxirə salıb. Türkiyə, terrorun bitməsi qarşılığında PKK-nın silahı yerə qoymasını və əlavə tələblərlə çıxış etməməsini gözləyir. Digər tərəfdən, DEM Partiyası isə hökuməti terror təhdidi ilə təzyiq altında saxlayaraq mümkün qədər siyasi qazanc əldə etməyə çalışır. Onların əsas hədəflərindən biri, qarşıdakı günlərdə səlahiyyət müddəti bitəcək Hakimlər və Prokurorlar Şurasına öz nümayəndələrini seçdirmək və bunun müqabilində hökumətə xaricdən dəstək verərək sistemin içində yer almaqdır. Bu, iqtidar üçün də əhəmiyyətlidir. Çünki hazırkı hakimiyyət prezident Ərdoğanın prezidentlik müddətini uzatmaq və 50%+1 seçilmə şərtini "ən çox səs alan prezident seçilsin" formasına dəyişmək istəyir. Bu şəraitdə müzakirələr davam edir. Son məlumata görə, DEM Partiyasının nümayəndələri Ədliyyə Naziri ilə sabah görüşərək prosesi bir az da irəli aparmağı planlaşdırırlar".


Hasan Oktay qeyd edib ki, ABŞ-ın İranla birbaşa danışıqlara başlaması, Trampın Netanyahuya "məntiqli ol" çağırışı, Suriyada Əhməd əl-Şaranın rəhbərlik etdiyi hökumətin nəzarəti tam ələ alması və bərabərlik, hüquq və azadlıqlar üzərində qurulan yeni bir sistemin formalaşması bölgədəki terror təşkilatlarını zəiflədib:

"Belə bir vəziyyətdə Türkiyə, bu təşkilatlarla aparılan danışıqlarda onların silahlı mübarizə ilə hər hansı bir hüquq əldə etdiyi görüntüsünün yaranmasını istəmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri