Icma.az
close
up
RU
Ekspert : Prezidentin Çinə səfəri Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini gücləndirir

Ekspert : Prezidentin Çinə səfəri Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini gücləndirir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin avqustun 30-da qarşılanması üçün tərtib edilən yüksək səviyyəli protokol, əlahiddə diqqət və jestlər Çinin Azərbaycan rəhbərinə xüsusi önəm verdiyini göstərdi. Bu, münasibətlərin dostluq müstəvisindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Çin çox aydın şəkildə nümayiş etdirir ki, Azərbaycanın Cənubi Qafqazda sabitlik yaratmasını, həmçinin enerji və nəqliyyat qovşağı rolu oynamasını xüsusi qiymətləndirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Azərbaycanın Çinin “Bir kəmər - bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biri olduğunu diqqətə çatdıran ekspert əlavə edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır. Eyni zamanda, Orta Dəhlizin aparıcı ölkəsi kimi Azərbaycanın rolu diqqətdə saxlanılır.

“Azərbaycanın sabit, təhlükəsiz, bol resurslu və inkişaf edən ölkə olması Çinin aparıcı şirkətləri üçün də cəlbedicidir. Onlar ölkəmizdəki Günəş və külək enerjisi potensialına maraq göstərirlər. Qarabağ və Naxçıvanda yaşıl enerji layihələrinə sərmayələrin qoyulmasını müzakirə edirlər. Belə yüksək səviyyəli münasibətlər həm Çin, həm də Azərbaycan üçün faydalar gətirir. Azərbaycanın enerji keçidinə, Çinin isə enerji təhlükəsizliyinə xidmət edir. Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqazda yeni kommunikasiya xətlərinin açılmasını sürətləndirir.

Prezident İlham Əliyevin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edərək Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq perspektivlərini müzakirə etməsi Azərbaycanın regional təhlükəsizlik və iqtisadi inteqrasiyada rolunu möhkəmləndirir. Bu, ölkəmizə əlavə dividentlər qazandırır. Önəmli məqamlardan biri də budur ki, Prezident İlham Əliyev bu səfər çərçivəsində Tiencin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə də danışıqlar aparıb. Enerji, nəqliyyat və müdafiə sahələrində əlaqələrin dərinləşdirilməsi razılaşdırılıb. Ermənistan Baş naziri Nikol Paşinyanla təmaslar isə sülh prosesinə yeni impuls verə bilər”, - deyə M.Ələsgərli vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərini yeni mərhələyə çıxarır, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirir. Eyni zamanda, region ölkələri ilə strateji dialoqu genişləndirir. Dövlətimizin başçısının Çin səfəri Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri