Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi

Prezidentin Çinə səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan bir çox razılaşmalar Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Bu səfər, eyni zamanda, Azərbaycanın balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurlu davam etməsinin göstəricisidir. Dövlətimizin başçısının bu cür yüksək səviyyəli səfərləri Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına zəmin yaradır.
Beynəlxalq təcrübədə belə bir ənənə də var ki, bu cür mötəbər səfərlər zamanı dövlət başçılarından müsahibələr götürülür, eksklüziv açıqlamalar alınır. Demək olar ki, bütün dövlət başçıları bu və ya digər ölkəyə rəsmi səfərləri çərçivəsində həmin ölkənin mediasına müsahibə verir. Azərbaycan Prezidenti də Pekinə səfərdən öncə Çinin "Sinxua" agentliyinə, səfər zamanı isə CGTN telekanalına geniş müsahibələr verdi. CGTN (China Global Television Network) telekanalının Prezident İlham Əliyevdən uzun illər Ermənistanın işğalı altında qalmış, 2020-ci ildə azad edilmiş Kəlbəcərin “İstisu”yunun görüntüsü fonunda götürdüyü müsahibə həm Çinin özündə, həm də dünya mediasında böyük maraqla qarşılandı. Bu mənada, Çinin nüfuzlu televiziyasına müsahibənin mənəvi-psixoloji təsir gücü də mühüm əhəmiyyət kəsb edir.
Bu müsahibə ölkə başçısının mühüm mesajları ilə diqqətləri cəlb etdi. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Prezident İlham Əliyev bu müsahibəsində ölkəmizin çox güclü təməllər üzərində dayandığını diqqətə çatdırdı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf etdiyini, Ulu Öndərin yolunun və irsinin bu gün də davam etdirildiyini vurğuladı və o cümlədən, xarici siyasət prioritetlərimizin dəyişmədiyini bildirdi. Dövlətimizin başçısı bu prioritetlər sırasında Çinin xüsusi yer tutduğunu diqqətə çatdırdı: "Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı".
CGTN telekanalına geniş müsahibəsində Cənab Prezident, həmçinin Azərbaycanın Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğuladı və eyni zamanda, bu layihə çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların idxal-ixrac daşınmalarına toxunaraq, Çinin hal-hazırda idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşımız olduğunu bildirdi. O da qeyd olundu ki, biz Çin bazarında daha çox payımızın olmasını istəyirik: "Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Kəmər və Yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər".
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsi olduğunu vurğulayan dövlətimizin başçısı, ölkəmizin bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə gördüyünü də sözügedən müsahibəsində açıqladı, Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizin perspektivlərindən və Qlobal Cənubun üzvü olmağımızdan və onun maraqlarını müdafiə etməyimizdən danışdı. Prezident bildirdi ki, Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır və əlbəttə ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı ola bilər.
Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Eyni zamanda, Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Çin Azərbaycan tərəfindən Qlobal Cənubun lideri kimi qəbul edilir. Qlobal Cənubun Çin və Azərbaycan kimi ölkələrin səylərini birləşdirərək çoxtərəfli müstəvidə əməkdaşlığı təmin etmək potensialı böyükdür. Bu potensialdan səmərəli istifadə olunmalıdır.
İstər Şanxay Əməkdaşlıq Təşkilatı, istərsə də Qlobal Cənub bloku ölkələr arasında qarşılıqlı etimad, qarşılıqlı mənfəət, bərabərlik, məsləhətləşmə, sivilizasiyaların fərqliliyinə hörmət və vahid inkişafın təmin edilməsini tərənnüm edir. Dövlətimizin başçısı bu prinsiplərin vaxtilə sədri olduğumuz Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” ilə də tam uyğun gəldiyini bildirdi və bununla yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməməsi prinsiplərinin bizim üçün vacib olduğunu qeyd etdi. Biz bu prinsipləri öz milli maraqlarımız baxımından müdafiə edir və beynəlxalq birliyin fəal üzvü kimi yolumuza davam edirik. Cənubi Qafqazın lider ölkəsi kimi Çinlə strateji tərəfdaş olmağımız həm Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında, həm də Qlobal Cənub bloku çərçivəsində əməkdaşlığımız baxımından bizim üçün bir çox imkanlar və cəlbedici perspektivlər açır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri