Icma.az
close
up
RU
Ekspert: Süni intellektin verdiyi kod kritik sistemlərdə ciddi risk yaradır

Ekspert: Süni intellektin verdiyi kod kritik sistemlərdə ciddi risk yaradır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 mart, AZƏRTAC

Böyük dil modellərinə həddindən artıq etibar təhlükəli ola bilər və əsas risk süni intellektin inandırıcılığında deyil, insanların tənqidi düşünmə qabiliyyətini zəiflətməsindədir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzrə proqram təminatı mühəndisi Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, insanlar psixoloji olaraq səlis, inamlı və tərəddüdsüz danışığa daha çox etibar etməyə meyllidirlər. Məhz buna görə siyasətçilər və böyük şirkət rəhbərləri natiqlik bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərdən keçirlər.

“Eyni psixoloji mexanizm süni intellekt sistemlərinin qəbuluna da təsir edir. Süni intellekt nəzakətli, məntiqi quruluşlu və inamlı cavablar təqdim edir. Bu isə insanlarda həmin cavabların yüksək dəqiqliyə malik olduğu təəssüratını yaradır və nəticədə bir çox hallarda istifadəçilər öz mühakimələrindən daha çox alqoritmin təqdim etdiyi nəticələrə güvənirlər”, - deyə A.Əliyev qeyd edib.

Adil Əliyev bildirib ki, bu fenomen psixologiyada “avtomatlaşdırma qərəzi” (“automation bias”) kimi tanınır. İnsanlar texnoloji və mürəkkəb görünən sistemlərin qərarlarını daha doğru hesab etməyə meyllidirlər. Ekspertin fikrincə, süni intellektin əsas problemi onun inandırıcı cavablar təqdim etməsi deyil, istifadəçilərin həmin cavabları sorğulamadan qəbul etməsidir.

“Təhlükə süni intellektin inandırıcı olmasında deyil. Əsl təhlükə insanların şübhə etməyi dayandırmasında, tənqidi düşünməməsindədir. Bu vəziyyət peşəkar mühitdə xüsusilə kritikdir. Məsələn, böyük dil modelləri çox sürətli şəkildə proqram kodu yaza bilir və bu, doğrudan da faydalıdır. Mən də şəxsən bu alətlərdən hər gün istifadə edirəm. Amma yoxlanılmamış kodun tibbi cihazlarda, bank sistemlərində, imtahan platformalarında və ya aerokosmik proqram təminatında istifadəsi nəinki maliyyə əməliyyatlarında xəta edər, hətta insan həyatının itirilməsinə belə səbəb ola bilər. Süni intellekt sistemləri sadalanan istiqamətlərdə sürəti artırsa da məsuliyyəti əvəz edə bilməyib. Məsələn, hüquq sahəsində real hadisələrdən biri Kanadada baş verib. Mənim yaşadığım Vankuver şəhərində bir hüquqşünas “ChatGPT” istifadə edərək, məhkəməyə hüquqi presedentlər tərtib edib və həqiqiliyi yoxlamayıb. Qarşı tərəf isə sonradan aşkar edib ki, həmin məhkəmə işləri ümumiyyətlə mövcud deyilmiş. Süni intellekt onları olduqca inandırıcı şəkildə uydurmuşdu.

Səbəbkar “ChatGPT” olsa da məsuliyyət yenə də həmin hüquqşünasın üzərindədir və o bu addımla ciddi peşəkar nöqsana yol vermiş oldu. Tibb sahəsi də xüsusilə həssasdır. Bir çox insan ümumi sağlamlıq sualları üçün “ChatGPT”-dən istifadə edir. Mən özüm də istifadə edirəm. Bunun özlüyündə problemi yoxdur. Risk o zaman başlayır ki, “ChatGPT”-nin verdiyi cavablar heç bir həkim məsləhəti olmadan kor-koranə tətbiq edilir. Səhiyyədə inamlı, amma yanlış “tövsiyə” çox ciddi fəsadlara səbəb ola bilər. Akademik mühit də oxşar çətinliklərlə üzləşir. Tez-tez şahid oluruq ki, böyük dil modelləri köçürmə vasitəsi kimi istifadə olunur ki, bu da öyrənməni və akademik dürüstlüyü zədələyir”, – deyə Adil Əliyev bildirib.

Mütəxəssis səhiyyə sahəsində də oxşar risklərin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox insanlar ümumi sağlamlıq sualları üçün süni intellekt alətlərinə müraciət edir və bu, müəyyən dərəcədə faydalı ola bilər. Lakin risk bu məlumatların həkim məsləhəti olmadan tətbiq edilməsində ortaya çıxır.

Adil Əliyev əlavə edib ki, süni intellekt alətləri peşəkar qərarverməni dəstəkləməli, lakin onu əvəz etməməlidir. Hər bir sahənin öz etik qaydaları və məsuliyyət mexanizmləri var və cavabın alqoritm tərəfindən yaradılması bu məsuliyyəti aradan qaldırmır.

Ekspert təhsil sahəsində də bu texnologiyaların düzgün istifadəsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bəzi hallarda böyük dil modelləri öyrənməni dəstəkləyən vasitə kimi deyil, düşünmə prosesini əvəz edən alət kimi istifadə olunur ki, bu da tənqidi düşünmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər.

“Valideynlər və müəllimlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Süni intellekt güclü öyrənmə köməkçisi ola bilər, lakin o, sorğulanmayan mütləq həqiqət kimi qəbul edilməməlidir. Sual vermək, yoxlamaq və çətinliklərlə üzləşmək real öyrənmə prosesinin ayrılmaz hissəsidir”, - deyə A.Əliyev əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri