Ekspert: Venesuelada neft hasilatını pik səviyyəyə qaytarmaq üçün 100 mlrd. dollar lazım olacaq
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesuelada neft hasilatını 1970-ci illərin pik səviyyələrinə qaytarmaq üçün infrastrukturun yenidən qurulması Amerika şirkətlərindən 100 milyard dollardan çox vəsait tələb edəcək və təxminən 10 il çəkəcək.
“APA-Economics” xəbər verir ki, bu barədə “Bloomberg” Rays Universitetinin Beyker Dövlət Siyasəti İnstitutunun Latın Amerikası enerji siyasəti üzrə direktoru Fransisko Monaldiyə istinadən məlumat yayıb.
Fransisko Monaldinin sözlərinə görə, Venesuelanın neft hasilatını 1970-ci illərin pik səviyyəsinə qaytarmaq üçün infrastrukturun bərpası növbəti onillikdə “Chevron Corp.”, “Exxon Mobil Corp.” və “ConocoPhillips” kimi şirkətlərdən ildə təxminən 10 milyard dollar investisiya tələb edəcək.
"Daha sürətli bərpa daha da böyük investisiya tələb edəcək", - ekspert qeyd edib.
“Bloomberg”in məlumatına görə, Venesuela hazırda gündə təxminən 1 milyon barel neft istehsal edir, halbuki 1974-cü ildə bu rəqəm təxminən 4 milyon barel idi.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















