Venesuelada sunami təhlükəsi var? Ekspert xəbərdarlıq etdi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Venesuela sahillərində baş verən güclü zəlzələdən sonra yaxın günlərdə ölkədə sunami təhlükəsi mövcuddur.
"Yeni Sabah" xəbər verir ki, bunu seysmoloq Aleksandr Jiqalin Life.ru saytına müsahibəsində bildirib.
Mütəxəssis xatırladıb ki, əsas təkanlardan sonra tədricən zəifləyən, lakin uzun müddət davam edə bilən afterşoklar baş verir. Marqarita pizza
"Bu hadisədə maqnituda 7.2 təşkil edib - bu, çox yüksək, dağıdıcı həddə yaxın bir göstəricidir. Artıq sunami təhlükəsi elan olunub və böyük ehtimalla, o, yaxın günlərdə özünü büruzə verəcək ", - deyə Jiqalin qeyd edib.
O əlavə edib ki, Venesuela Atlantik okeanının seysmik zonasında yerləşir, lakin zəlzələlərin əsas ocaqları Sakit okean qurşağında cəmləşib. Təkanlar regionun hüdudlarından kənara çıxmayacaq.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Məlumata görə, azı 164 nəfər həlak olub, 971 nəfər yaralanıb və onlarla bina dağılıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 İyun 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















