Icma.az
close
up
RU
Ekspert xəbərdarlıq edir: “Suda təhlükə saniyələrlə ölçülür”

Ekspert xəbərdarlıq edir: “Suda təhlükə saniyələrlə ölçülür”

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir şəhərində sərxoş kişi Kür çayında boğulub.

Oxu. az xəbər verir ki, hadisə iyulun 29-da saat 23 radələrində Kür çayının şəhər ərazisindən keçən hissəsində baş verib.

Mingəçevir sakini, 1969-cu il təvəllüdlü Fikrət Yusifov sərxoş vəziyyətdə Kür çayına yıxılıb.

Köməksiz vəziyyətdə qalan F.Yusifov boğulub ölüb.

F.Yusifovun meyiti sudan çıxarılıb.

Təhlükəsizlik eksperti Orxan Musayev “Sherg.az”a bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyətinin səbəbkarı insan faktorudur:


“Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər. Dəniz  insanların dincəlməsini təmin edən məkanlardan hesab olunur. Lakin bu gözəllik qəfil insanların həyatına təhlüklər də yarada bilər. Bəzən insanlar dənizin təhlükəli tərəfinin olmasını unudurlar. Spirtli içki qəbul edərək suya daxil olmaq, uşaqları nəzarətsiz qoymaq, qadağan olunan ərazilərdə yuyunmaq hələ də adi davranış hesab olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda Fövqaladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur. Onlar hər hansısa fövqaladə hal baş verərsə, çevik şəkildə müdaxilə edirlər. Nəzarətsiz çimərliklərdə xilasedici xidmətin mövcud olmadığı üçün hər hansısa fövqaladə hal baş verərsə, insan həyatını xilas etmək mümkün olmur. Həmçinin nəzarət olunan çimərliklərdə isə suyun dərinlik dərəcəsi müəyyən olunub və ayaq altında insanlara xəsarət yetirəcək daşlar, daş qırıntıları və qayalar təmizlənir. Dənizə daxil olmazdan əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hüdürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə metroloji faktorların təsiri ucbatından özlərini itirə bilirlər”. 


Ekpert qeyd edib ki, maarifləndirici və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir:

"Yəni insanlar dalğa var üzmək olmaz kimi xəbərdarlıqlardansa bu dalğaların insan bədəninə olan təsirini bilməlidirlər. Eyni zamanda boğulma zamanı hansı prosesləri olunmalıdır barədə məlumatlı olmalıdırlar. İnsanlar çimərliklərdə qaydaları pozduqda həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməldir ki, bu davranışlardan çəkinsinlər. Boğulma hadisələrinin çoxu saniyələr içərisində səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, suyun altında itirlər. Hər baş verən faciələrin təkrarlanmasına səbəb-ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir”. 


Kəmalə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri