Icma.az
close
up
RU
Ölüm saniyələrlə ölçülür: Evdə iynə vurmaq həyatınıza baha başa gələ bilər

Ölüm saniyələrlə ölçülür: Evdə iynə vurmaq həyatınıza baha başa gələ bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Goranboy rayonunda iynədən ölüm faktı qeydə alınıb. 

Hadisə Xocalı rayonundan olan məcburi köçkünlər üçün tikilən binalardan birində qeydə alınıb. İlkin məlumata əsasən, Aynur Cəfərova tibb bacısı olan qonşuya iynə vurdurub. Bir qədər sonra qadının halı pisləşib, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadın iynədən şoka düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 


Faktla bağlı araşdırma başlanılıb. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.


Allerqoloq Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, Goranboy rayonunda baş vermiş hadisə anafilaktik şok ehtimalını gündəmə gətirir. Onun sözlərinə görə, bəzi hallarda dərman preparatlarına qarşı bədənin verdiyi reaksiya saniyələr içində həyati təhlükə yarada bilər: 

“Anafilaktik şok orqanizmin əvvəllər tanış olduğu bir allergenə təkrar məruz qalması nəticəsində baş verir. Bu zaman immun sisteminin verdiyi reaksiyalar bir neçə dəqiqə içində təzyiqin sıfırlanması, şüurun itməsi və ürək dayanması ilə nəticələnə bilər. Bu, ildırımsürətli və çox təhlükəli bir vəziyyətdir. Elə hallar olur ki, nə həkim, nə də tibb bacısı vaxtında müdaxilə edə bilmir. Belə anlarda yeganə çıxış yolu təcili yardımın dərhal çağırılması və adrenalin inyeksiyasının vurulmasıdır.

Əgər vətəndaşa vurulan dərman preparatına qarşı əvvəldən allergiyası olubsa, bu, orqanizmdə ciddi reaksiya ilə nəticələnə bilər. Anafilaktik şok dərhal tibbi müdaxilə tələb edən təcili vəziyyətdir. Təəssüf ki, bəzən vətəndaşlar həkim resepti olmadan, yalnız tibb bacısının vasitəsilə iynə qəbul edirlər ki, bu da həyat üçün risk yarada bilər”.


Ş.Məmmədov bildirib ki, belə hallarda dərhal adrenalin inyeksiyası və reanimasiya tədbirləri görülməlidir. Lakin ev şəraitində bu cür təcili müdaxilə imkanlarının olmaması faciəli nəticəyə gətirib çıxara bilər: 

“İnyeksiyalar yalnız ixtisaslı həkim nəzarətində və tibbi avadanlıqla təmin olunmuş mühitdə aparılmalıdır. Tibb bacısı olsa belə, ev şəraitində bu cür prosedurlar ciddi risk daşıyır. Dərmanın adını və tərkibini bilmədən inyeksiya vurmaq düzgün deyil. Bir çox insan özünün müəyyən dərmanlara qarşı allergiyası olduğunu bilmir. Ona görə də, xüsusilə ilk dəfə istifadə edilən preparatlar həkim nəzarətində tətbiq olunmalıdır. Bu hadisə bir daha göstərdi ki, tibbi maarifləndirmə artırılmalı, ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrə son qoyulmalıdır. Əks halda, belə faciələr təkrarlana bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri