Icma.az
close
up
RU
Ekspert: Zəngəzur dəhlizi regionun iqtisadi gələcəyini müəyyən edəcək

Ekspert: Zəngəzur dəhlizi regionun iqtisadi gələcəyini müəyyən edəcək

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regionda nəqliyyat bağlantılarının genişləndirilməsi iqtisadi əməkdaşlığı gücləndirir və ticarət, tranzit imkanlarını artırır. Bu, həm ölkələrarası əlaqələrin möhkəmlənməsinə, həm də inkişafın sürətlənməsinə şərait yaradır.
Mövzu ilə əlaqədar olaraq nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanın qazancı çox böyükdür:
"Təbii ki, bu regionda, xüsusilə Cənubi Qafqaz regionunda, nəqliyyat sektorunda əsas söz sahibi Azərbaycandır. Bu gün bütün dünyanın diqqəti, ABŞ Prezidentinin vasitəçilik etdiyi Zəngəzur dəhlizinin açılmasına yönəlib. Bu dəhliz açıldıqdan sonra nəinki Azərbaycanın, bütün region ölkələrinin və həmin layihə ilə bağlı olan hər bir tərəfin iqtisadiyyatında müəyyən dirçəliş olacaq.
Nəqliyyat, yol, dəhliz həyat mənbəyidir. Qarşıya qoyulan əsas hədəflərdən biri də məhz bu dəhlizin açılmasıdır. Bu dəhliz bizim üçün çox böyük iqtisadi və siyasi üstünlüklər gətirəcək. Şərqlə Qərbi birləşdirən bu dəhliz Azərbaycandan keçirsə, təbii ki, burada Azərbaycanın qazancı da böyük olacaq.
Yeni iş yerlərinin yaradılması, yol kənarındakı obyektlərin daha çox gəlir əldə etməsi, tır parklarının yaradılması – bunlar sosial nəticələrdir. Dəhliz üzərində müasir standartlara cavab verən ticarət və yaşayış obyektlərinin yaradılması, xidmət sahələrinin qurulması ciddi nəzarət altında aparılmalıdır ki, yeni iş yerləri açılsın, xidmət sahələri fəaliyyət göstərsin – servis xidmətləri, yağlama, yanacaq stansiyaları keyfiyyətli olsun.
Əgər beynəlxalq şirkətlərə və xarici investorlara bu sahəyə daxil olmaq üçün qapılar açılırsa, yeni şirkətlərə və yerli iş adamlarına da üstünlük verilməlidir. Bunu nəzərə almaq yaxşı olar. Amma istənilən halda bu beynəlxalq bir yoldur və burada transmilli şirkətlərin, xarici investorların rolu da qaçılmazdır".
Ekspert nəqliyyat bağlantılarının qurulmasının əsas hədəfindən də söz açıb:
"Nəqliyyat bağlantılarının qurulmasının əsas hədəfi ticarət dövriyyəsini artırmaq, malların bir nöqtədən digərinə daha sürətli və təhlükəsiz çatdırılmasını təmin etməkdir. Artıq Çindən Azərbaycana çatan qatarların sayına baxsaq, 3-4 il əvvəl barmaqla sayılacaq qədər az idisə, bu gün artıq minlərlə ifadə olunur. İki il əvvəl yüzlərlə olan bu göstərici bu gün minlərlə sayılır.
Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya ciddi zərər gördü. Bir çox ölkələr həm o yolun uzunluğu, həm də təhlükəli olması səbəbilə daha rahat və təhlükəsiz alternativlərə üstünlük verməyə başladı. Onlardan biri də Azərbaycan üzərindən keçən bu dəhlizdir.
Düzdür, burada qonşumuz İran müəyyən narahatlıqlarını ifadə edir. Halbuki bu məsələnin ona heç bir aidiyyəti yoxdur. Ermənistan üzərindən dəhlizin açılmasına İran etiraz edir, özünü güc sahibi kimi göstərmək istəyir. Amma bu, mənasızdır. Regionda əsas güc sahibi Azərbaycandır.
İranın güc sahibi olmadığını biz o bir həftəlik müharibədə gördük. İsrail nə lazımdırsa etdi və məlum oldu ki, İran kiçik bir xalqın dövləti qarşısında aciz vəziyyətə düşür.
Təbii ki, bu layihələr artıq demək olar ki, başa çatmaq üzrədir. Avtomobil yolu 95%-ə yaxın tamamlanıb, dəmir yolunun isə 70%-i başa çatıb. Bu işlər sürətli şəkildə həyata keçirilir.
Hətta Ermənistan etiraz edəndə, razılaşmayanda və digər ölkələr bu işə dəstək verməyəndə belə, Azərbaycan bu işləri dayandırmayıb. Azərbaycanın bu sahədə inamı var idi və siyasət elə hesablanmışdı ki, bu dəhliz işləyəcək – və işləməlidir də.
Mən inanmıram ki, İran ABŞ-nin maraq göstərdiyi bu layihəyə hansısa formada ziyan vura bilər. Yəni özünü sadəcə ortaya qoyur, amma risk halına getməz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see295

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see253

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see227

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see173

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see170

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see155

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see149

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see147

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see142

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see139

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see138

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see138

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri