Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılırmı? EKSPERT RƏYİ

Zəngəzur dəhlizi açılırmı? EKSPERT RƏYİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Zəngəzur dəhlizinin açılması gündəmin əsas mövzularından birinə çevrilib. Regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması bu məsələni daha da aktuallaşdırır.

Həm regional əməkdaşlıq, həm də siyasi maraqlar baxımından dəhlizin taleyi müxtəlif rakurslardan qiymətləndirilir.

Bəs bu dəhlizin açılması bölgədə sabitliyə və qarşılıqlı etimada real töhfə verə biləcəkmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Naxçıvan arasında birbaşa, maneəsiz gediş-gəliş təmin olunacaq:

“Bu, Azərbaycan tərəfinin Ermənistana qarşı irəli sürdüyü əsas tələblərdən biridir və bu istiqamətdə artıq müsbət nəticələr əldə olunub.

İlkin mərhələdə görülən odur ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində təhlükəsizliyin təmin olunması məsələsini ABŞ öz üzərinə götürəcək. Dəhlizdə dəmir yolunun bərpası və digər infrastruktur işlərinin həyata keçirilməsi, eləcə də bu sahəyə tələb olunan xərclərin qarşılanması da ABŞ tərəfindən maliyyələşdiriləcək. Çünki Ermənistanın bu işlərə yüz milyonlarla vəsait ayırmaq imkanı yoxdur”.

Ekspertin fikrincə, əgər Azərbaycan tərəfi İran-Ermənistan sərhədi boyunca maneəsiz hərəkət edəcəksə, bu marşrut üzrə vətəndaşların təhlükəsizliyini təmin edəcək uyğun bir platformanın yaradılmasına ehtiyac var:

“Bu platformanın yaradılması və fəaliyyəti üçün tələb olunan xərcləri ABŞ öz üzərinə götürüb ki, bu da Azərbaycan üçün tamamilə məqbul bir variantdır.

Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması gələcəkdə sülh sazişinin imzalanması üçün mühüm zəmin yaradır. Ümumilikdə isə bu proses Qərbi Azərbaycana qayıdış baxımından da ciddi və əhəmiyyətli imkanlar formalaşdırır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri