Icma.az
close
up
RU
Ekspertdən ŞOK AÇIQLAMA: Təyyarə Qroznı üzərində olarkən...

Ekspertdən ŞOK AÇIQLAMA: Təyyarə Qroznı üzərində olarkən...

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hələ də məlum təyyarə qəzasının səbəbilə bağlı ağlabatan bir açıqlama yoxdur. Prezidentin tapşırığı ilə Komissiya yaradılıb, istintaq və araşdırma aparılır".

News24.az xəbər verir ki, bunu  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

O qeyd edib ki, hələlik yalnız bir düşündürücü rəsmi açıqlama var. 

"AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırıldığını bildirib.

Görəsən, nə üçün?

Qroznıda nə baş verib ki, AZAL uçuşları dərhal dayandırıb? Lakin indiyədək bu baş verməmişdi.

Yəni bu rəsmi açıqlamadan görünən odur ki, nə baş veribsə, Qroznıda olub. Təyyarənin görüntülərindən, "Flightradar" datasından da görünür ki, Qroznı üzərində təyyarənin idarəetməsində problem yaranıb. Beləliklə, AZAL-ın rəsmi məlumatı, "Flightradar" məlumatları, təyyarənin trayektoriya boyunca idarəetmə problemləri düşünmək üçün əsas verir ki, Qroznı üzərində olarkən təyyarədə nəsə baş verib", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, versiyalardan biri isə odur ki, təyyarə Qroznı üzərində olarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin dronlara qarşı həyəcan siqnalı verilib, dronlarla bərabər (həmin anda dron hücumu olması məlum deyil) təyyarə də vurulub. 

"Əlbəttə, bu versiyalardan birisidir. Daha ağlabatan görünəndir. Rusiya tərəfi isə daha çox quş dəstəsi ilə toqquşma versiyasını irəli sürüb. Eyni zamanda, hava şəraiti ilə bağlı ola biləcəyi versiyası da irəli sürülüb. Daha dəqiq məlumat isə güman ki "qara qutu" açılandan sonra, ciddi araşdırmalardan sonra komissiya tərəfindən veriləcək. Yeri gəlmişkən, ekipajın həqiqətən də "nəsə baş vermiş" təyyarəni uzun müddət idarə etməsi və qəza enişinədək gətirib çıxarması ağlasığmazdır.

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və xəsarət alanların da tezliklə şəfa tapmasını arzulayıram", - deyə o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, dünən Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Aynurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri