Icma.az
close
up
RU
Şəxsən mənim versiyama görə, təyyarə qəzasına səbəb... Hərbi ekspertdən AÇIQLAMA

Şəxsən mənim versiyama görə, təyyarə qəzasına səbəb... Hərbi ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub.

Təyyarənin qəzaya uğramasından Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, baş verən qəzada kənar müdaxilə faktoru hələlik təsdiqini tapmayıb:

"Təqdim edilən foto və video materiallara əsasən, təyyarənin quyruq hissəsi əsas korpusdan ayrılıb və daha tez yerə düşüb. Kənar müdaxilə zamanı isə bu cür parçalanma müşahidə olunmur. Adətən, qəlpələr təyyarənin xarici hissəsində və pilotun oturduğu kabinəyə yaxın sahələrdə tapılır, amma görüntülərdə bu cür bir fakt görünmür. Bu halda, təyyarənin uzun müddət istifadə olunması, korroziya məsələləri və detalların bir-biri ilə birləşməsində yaranan korroziya xüsusilə diqqətə layiqdir. Yüksək təzyiq səbəbindən bu detallar, xüsusən də quyruq hissəsi, əsas korpusdan ayrıla bilər".

Ekspert qeyd etdi ki, digər bir vacib məsələ təyyarədə daşınan yüklərin bərkidilməsi ilə bağlıdır.

"Yük düzgün və sərt şəkildə təyyarə korpusuna bərkidilmədikdə, yüklər ləngərləyərək zəif yerlərdə – xüsusilə korroziya olan hissələrdə – qırılmalara səbəb ola bilər. Lakin burada aşırı yüklənmə faktoru da görünmür, çünki təyyarədən yüklərin düşməsi müşahidə olunmayıb. Bütün bu ehtimallar mütəxəssislər tərəfindən dərindən araşdırılır. Qara qutunun oxunması və ekipajın yerüstü dispetçer xidməti ilə radio danışıqlarının təhlilindən sonra daha dəqiq məlumatlar əldə ediləcək. Təyyarə qəzasının səbəbləri aydınlaşdırıldıqdan sonra, uçuşun 3D modeli üzərindən baş verən hadisələr, hansı avadanlıqda hansı çatışmazlıqların ortaya çıxdığı müəyyən ediləcək. Şəxsən mənim versiyama görə, təyyarə qəzasına səbəb təyyarə korpusundakı korroziya və ya yüklərin təyyarə korpusuna tam bərkidilməməsi ola bilər. Lakin mümkündür ki, hər iki faktor bir arada təsir göstərmiş olsun", - deyə Ədalət Verdiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri