Icma.az
close
up
RU
Ekspertlər: Azərbaycan Türkiyə münasibətləri yeni strateji mərhələyə qədəm qoyub

Ekspertlər: Azərbaycan Türkiyə münasibətləri yeni strateji mərhələyə qədəm qoyub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasları, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinin bu əlaqələrə təsiri, Şuşa Bəyannaməsindən sonra formalaşan siyasi düzən, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək hərbi paradda iştirakı iki ölkə arasındakı strateji ittifaqın güclənməsinə necə təsir göstərəcəyi mövzularında azərbaycanlı və türk ekspertlər AZƏRTAC-a açıqlama veriblər.

Türkiyəli jurnalist Ceyhun Bozkurt bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı bağ qardaşlıq üzərində qurulub. Bu, münasibətlərin əsasını təşkil edir və bu bağın qırılması mümkün deyil. Necə ki, iki qardaş arasındakı əlaqə kəsilə bilməz, eləcə də Türkiyə ilə Azərbaycanın münasibətinin zəifləməsi mümkün deyil, yəni, bu, qeyri-mümkündür. Bundan əlavə, ikitərəfli münasibətlərin tarixi də çox qədimdir. Birinci Dünya müharibəsi dövründə baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması zamanı Anadolu ilə əlaqələr, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun bölgədəki fəaliyyəti bu bağları gücləndirmişdi. Lakin SSRİ-nin qurulması ilə bu əlaqələri zəiflətmək cəhdləri artmışdı.

Jurnalist qeyd edib ki, SSRİ dağıldıqdan sonra iki qardaş ölkə arasındakı münasibətlər yenidən gücləndi. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Sonrakı dövrdə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq daha da inkişaf etdi.

Ceyhun Bozkurt vurğulayıb ki, bu münasibətlərin inkişafında hərbi əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan Silahlı Qüvvələrinin qurulması və inkişafı prosesində Türkiyə Silahlı Qüvvələri mühüm rol oynayıb. Təlim və məsləhət prosesləri nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu əməkdaşlıq bəzi türk düşməni dairələrdə narahatlıq yaradıb və onlar bu əlaqələri pozmağa çalışsalar da, məqsədlərinə nail ola bilməyiblər.

Onun sözlərinə görə, ortaq mübarizə həm qardaşlıq bağlarını daha da gücləndirib, həm də gələcəkdə ortaq hərbi qüvvələrin birləşməsi üçün zəmin yaradıb.

Ceyhun Bozkurt qeyd edib ki, bu model bütün Türk dünyasında da tətbiq oluna bilər. Belə bir birləşmə Türk dövlətlərinin birgə əməliyyat qabiliyyətini artıraraq bölgədə ciddi çəkindirmə gücü yaradar. Türkiyənin müdafiə sənayesindəki nailiyyətləri Türk dünyasının insan və enerji potensialı ilə birləşərsə, düşmənlər üçün çox ciddi mesaj olacaq.

O, həmçinin Şuşa Bəyannaməsi haqqında danışaraq deyib ki, bu sənəd iki ölkə arasında əvvəl imzalanan razılaşmalara daha geniş məzmun verən və NATO-nun 5-ci maddəsindəki kimi ortaq müdafiə prinsipinə əsaslanan bir sənəddir. Bəyannaməyə görə, tərəflərdən birinə qarşı hər hansı bir təhdid və ya hücum digərinə qarşı edilmiş sayılacaq və bu halda iki ölkə birgə və qətiyyətlə cavab verəcək. Həmçinin müdafiə sənayesində birgə istehsal və texnologiya mübadiləsi nəzərdə tutulur.

Jurnalist xatırladıb ki, 2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” sənədlə qurulan strateji münasibətlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılıb. Bu sənəd iki ölkə arasında münasibətlərin zirvəsini təmsil edir. Türkiyəyə qarşı olan təhdid eyni, zamanda Azərbaycana qarşı, Azərbaycana qarşı olan təhdid isə Türkiyəyə qarşı sayılacaq. Bundan başqa, iki ölkə üçüncü dövlətlərlə də ortaq layihələr həyata keçirəcək. Məsələn, Pakistanla aparılan ortaq hərbi əməkdaşlıq bu çərçivədə qiymətləndirilə bilər.

Sonda jurnalist vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək hərbi paradda iştirakı həm dostlara, həm də düşmənlərə mühüm mesaj verir.

Politoloq İlyas Hüseynov AZƏRTAC-a açıqlamasında söyləyib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkiyə tarix boyu daim Azərbaycanın yanında olub. Bu münasibətin kökləri XX əsrin əvvəllərinə – Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak və bolşevik qüvvələrindən azad etməsinə qədər uzanır. Ənvər Paşa və Nuru Paşanın fədakarlığı sayəsində xalqımız azadlığa qovuşdu və müstəqillik yolunda mühüm addım atıldı.

O bildirib ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, onun müstəqilliyini tanıyan ilk dövlət məhz qardaş Türkiyə oldu. Həmin vaxtdan etibarən iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməyə başladı.

"Xüsusilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi dövründə Türkiyə açıq şəkildə Azərbaycanın haqq işinə dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən Azərbaycana mənəvi və siyasi dəstəyini ifadə etdi. Bu, həm ədalət, həm də haqlı mübarizənin simvoluna çevrildi.

Azərbaycan üçün ən mühüm məsələ, kənar geosiyasi mərkəzlərin Ermənistan–Azərbaycan münaqişəsinə müdaxiləsinin yolverilməzliyi idi. Türkiyənin bu istiqamətdəki qəti mövqeyi böyük əhəmiyyət daşıyırdı. Çünki illərlə beynəlxalq güclər ATƏT-in Minsk qrupu vasitəsilə prosesi ləngidir, sülhün bərqərar olmasına mane olurdu.

Bütün bunlara baxmayaraq, Azərbaycanın zəfər yürüşü tarixi qələbə ilə nəticələndi. Şuşa şəhərinin azad edilməsi ilə müharibə başa çatdı və Ermənistan kapitulyasiya aktına imza ataraq Laçın, Kəlbəcər və Ağdam rayonlarını da tərk etməyi öhdəsinə götürdü.

Bu qələbə Azərbaycan–Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinə siyasi-hüquqi çalar qazandırdı",- deyə İ. Hüseynov vurğulayıb.

Politoloq əlavə edib ki, Türkiyənin bölgədə artan geosiyasi maraqları və fəallığı Azərbaycan–Türkiyə birliyini daha da gücləndirdi. Bu gün artıq iki ölkənin xarici siyasət kursları arasında tam uyğunluq, qarşılıqlı anlayış və sinxronluq müşahidə olunur.

Azərbaycan Türkiyənin artan regional gücü ilə qürur duyur və bir çox məsələlərdə, o cümlədən humanitar təşəbbüslərdə fəal dəstək göstərir. Suriyada sabitləşmədən sonra ilk humanitar yardımı göndərən dövlətlərdən biri Azərbaycan olub. Həmçinin Qəzzada humanitar böhranın aradan qaldırılması və sülhün bərqərar olunması istiqamətindəki təşəbbüslərdə də fəal iştirak edib.

Bu, Türkiyənin artan beynəlxalq nüfuzu və Azərbaycanla sıx əlaqələrinin təzahürüdür. Ümumiyyətlə, iki qardaş dövlətin dostluğu və birliyi artıq yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq layihələr, iqtisadi və mədəni təşəbbüslər sürətlə inkişaf edir.

Bu gücün arxasında Azərbaycan xalqının milli iradəsi, birliyi və “dəmir yumruq” kimi həmrəyliyi dayanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see161

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri