Icma.az
close
up
RU
Ekspertlik maskası və sükutla danışan faktlar KONKRET

Ekspertlik maskası və sükutla danışan faktlar KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Mən bu yazını yazanda bir ad çəkmək istəmirəm. Çünki ad artıq ikinci dərəcəlidir. Burada söhbət bir tipdən, bir modeldən, bir illüziyadan gedir. Özünü illərlə “təhsil eksperti” kimi təqdim edən, mediada sanki sistemin içindən danışan, hər müsahibədə Elm və Təhsil Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə, müəllimlərə, məktəblərə dərs keçən bir obrazdan.

Bu obrazı biz tanıyırıq. O, hər mövsüm aktualdır. Sertifikasiya vaxtı müəllimi alçaldır, imtahan vaxtı sistemi linç edir, tədris ili başlayanda “islahat paketi” ilə çıxış edir. Amma maraqlıdır: bu qədər bilən, bu qədər görən, bu qədər “dərindən məlumatlı” adamın öz fəaliyyəti niyə həmişə pərdənin arxasında qalır?

İllərlə özünü təhsilin vicdanı kimi təqdim edən bu şəxs eyni zamanda qəribə şəkildə müxtəlif strukturlarda “peyda olurdu”: bir gün hansısa universitetdə mərkəz müdiri, bir gün hansısa ictimai qurumda sədr, başqa gün media üçün “əsas ekspert”. Heç kim soruşmurdu: nəyə görə məhz o? Hansı elmi məktəbin yetirməsidir? Hansı real akademik nəticəsi var? Hansı pedaqoji modeli yaradıb?

Cavab sadə idi, amma demək çətin idi: media görünürlüğü.

Ekspertlik elmi kateqoriya yox, imic layihəsi idi. Qalın cümlələr, pafoslu terminlər, sistemli görünən, amma içi boş məqalələr. Ən vacibi isə — bu tənqidlərin fonunda səssizcə böyüyən bir “hazırlıq kursu biznesi”. Sistem pisdir, imtahan ədalətsizdir, müəllim zəifdir — amma çıxış yolu həmişə eyni ünvana göstərilirdi. Təsadüfdürmü? Əlbəttə ki, yox.

Bu adam illərlə DİM-i ittiham etdi, amma imtahan mexanizmini hamıdan yaxşı bildiyini də nümayiş etdirdi. Sertifikasiyada müəllimi aşağıladı, amma müəllimin zəifliyindən qazanc götürən mexanizmin bir parçasına çevrildi. Nazirliyi tənqid etdi, amma sistemin boşluqlarında rahat hərəkət etməyi bacardı. Bu artıq tənqid deyil, bu – ustalıqla qurulmuş ikili oyundur.

Və nəhayət, maska sürüşdü.

Abituriyentlərlə bağlı ortaya çıxan son faktlar bu “ekspertlik” nağılını bir anda tragikomik felyetona çevirdi. İllərlə imtahan ədalətindən danışan, şəffaflıq tələb edən, “texniki nəzarətin zəifliyini” tənqid edən biri, birdən-birə həmin mexanizmin ən qaranlıq, ən rüsvayçı yerində peyda oldu. Gizli vasitələr, qeyri-qanuni “kömək”, vasitəçilik, yönləndirmə… Adını nə qoyuruqsa qoyaq — bu artıq təhsilə xidmət deyil, təhsilin üzərindən keçməkdir.

Burada ən faciəvi olan cinayət faktının özü də deyil. Ən faciəvi olan mənəvi müflislikdir. İllərlə müəllimə “sən bacarmırsan” deyən adamın, gəncə “sən zəifsən” deyib sistemdən şikayət edən adamın, nəticədə gənci qanunsuz yolla nəticəyə aparmağa razılaşması — bu artıq ironiyanın zirvəsidir. Sistemə güzgü tutduğunu iddia edən adam, sonda güzgüdə öz simasını gördü.

Mən bu yazını intiqam üçün yazmıram. Mən bunu xəbər kimi də yazmıram. Bu yazı bir təhlildir, bir ibrətdir. Təhsil ictimaiyyəti üçün açıq mesajdır: ekspertlik mikrofonla, statusla, pafosla olmur. Ekspertlik məsuliyyətdir. Əgər sən illərlə sistemi ittiham edirsənsə, özün ondan daha təmiz olmalısan.

Əks halda, bir gün elə həmin sistem səni sənin sözlərinlə mühakimə edər.

Və o zaman ad çəkməyə ehtiyac qalmaz. Hamı kimin haqqında danışıldığını artıq anlayar…

Anar Nəcməddinli,
filologiya üzrə f.d., təhsil araşdırmaçısı
Xüsusi olaraq KONKRET.az saytı üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri