Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Süni intellekt siyasi ekspertlik də edir

Süni intellekt siyasi ekspertlik də edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

O kimdir: Gələcəyin qərarvericisi, yoxsa ağıllı müşavir?

Müasir texnologiya hər gün həyatımızın yeni bir sahəsinə daxil olur. İndi artıq o, təkcə mobil telefonlarımızda, tibbi və hərbi sahədə və ya sənaye zavodlarında deyil, siyasi qərarların verildiyi dəyirmi masalarda da yer almağa başlayıb. Bəli, söhbət süni intellektdən gedir – milyonlarla məlumatı eyni anda analiz edə bilən, müxtəlif ideyaları təhlil edib ümumiləşdirərək təkliflər verən bu texnologiya hazırda bir çox ölkələrdə artıq siyasi ekspert və ya strateji məsləhətçi kimi sınaqdan keçirilir.

Etiraf etmək lazımdır ki, bir neçə il əvvələ qədər süni intellektin siyasətlə məşğul olacağını düşünmək qeyri-real görünə bilərdi. Lakin bu gün reallığa çevrilib. Dünya təcrübəsində əldə olunan nümunələr bunu deməyə əsas verir. Məsələn, Danimarkada yaradılmış “Synthetic Party” adlı siyasi təşəbbüs süni intellektlə idarə olunur. Onun əsas vəzifəsi əvvəllər diqqətdən kənarda qalmış seçici təkliflərini toplayıb təhlil etmək və onları siyasi gündəliyə çevirməkdir. Bu təşəbbüs onu sübut etdi ki, keçmişdə səssiz qalmış insanların fikirlərini görünən etmək mümkündür.

Cənubi Koreyada isə seçki kampaniyası zamanı namizədlərdən biri öz “rəqəmsal əkizini”, yəni süni intellekt tərəfindən yaradılmış avatarlardan birini istifadə edərək seçicilərlə ünsiyyətə girib. Bu yanaşma gənc seçicilərin marağını artırıb və siyasətlə daha fəal maraqlanmalarına səbəb olub. Böyük Britaniyada isə “AI Steve” adlı layihə maraqlı sınaq işi kimi tarixə yazıldı. Burada süni intellekt seçicilərin suallarını cavablandırır, onların təkliflərini toplayır və namizəd bu təkliflərə əsasən siyasətini müəyyən edirdi. Bu layihə göstərdi ki, texnologiya siyasi qərarvermə prosesində vətəndaşların daha geniş iştirakına imkan yarada bilər.

Süni intellektin siyasi ekspert kimi istifadə olunmasının bir sıra üstünlükləri, eyni zamanda, riskləri də var. Onun üstünlükləri içərisində ilk olaraq süni intellektin sürət və analiz gücünü vurğulamaq lazımdır. Bu texnoloji yenilik saniyələr içərisində milyonlarla məlumatı təhlil edə, ictimai rəyin dinamikasını ölçə və hökumət üçün alternativ ssenarilər təqdim edə bilir. İkinci bir mütərəqqi tərəf onun daha geniş əhatə dairəsinə malik olmasıdır. Əhalinin müxtəlif təbəqələrinin fikirlərini eyni zamanda toplamaq və təhlil etmək insan gücü ilə çox çətin, bəzən isə mümkünsüz olsa da, süni zəka bunu yüksək dəqiqliklə operativ şəkildə gerçəkləşdirə bilir. Üçüncü təqdirəlayiq tərəf isə şəffaflıq və hesabatlılıqla bağlıdır. Əgər doğru tətbiq edilərsə, süni intellekt prosesləri daha şəffaf və izaholunan edə bilər. Məsələn, Niderland hökuməti süni intellekt vasitəsilə qəbul ediləcək yeni qanun layihələrinin sosial və iqtisadi nəticələrini əvvəlcədən ümumiləşdirir. Bu isə həm vətəndaşlara, həm də qərarvericilərə aydın baxış verir. Potensial risklərə gəlincə, bu zaman ağıla ilk olaraq qərəz, manipulyasiya və cavabdehlik sualları gəlir. Əlbəttə, süni intellektin istifadəsi ilə bağlı ciddi riskləri gözardı etmək olmaz. Ən böyük təhlükələrdən biri alqoritmlərin onları yaradanların yanaşmasından təsirlənə bilməsidir. Söz yox ki, əgər istifadə olunan məlumatlar qərəzlidirsə, nəticə də tərəfli olacaq. Digər tərəfdən, bu zaman texnologiyanın şəffaflığı həmişə təmin oluna bilmir. Süni intellektin verdiyi qərarın arxasında hansı məntiqin dayandığını anlamaq bəzi hallarda çətin olur. Ən mühüm məsələ isə cavabdehlikdir. Tutaq ki, süni intellektin verdiyi tövsiyə nəticəsində mənfi nəticələr ortaya çıxdı. Bu zaman məsuliyyəti kim daşıyacaq? Alqoritmi yazan proqramçı? Onu tətbiq edən siyasətçi? Yoxsa heç kim? Bu suallar hələlik cavabsızdır.

Hazırda ən uğurlu modellər insan və süni intellektin birlikdə çalışdığı “hibrid” modellərdir. Burada süni intellekt sadəcə məsləhətçi rolundadır, qərarları isə yenə də insanlar verir. Bu yanaşma həm texnologiyanın sürət və analiz gücündən istifadə etməyə, həm də insan etikası və təcrübəsini qorumağa imkan verir.

Tayvandda istifadə edilən "vTaiwan" adlı platforma bunun bariz nümunəsidir. Minlərlə vətəndaşın fikirlərini toplayan bu sistem onların təkliflərini qruplaşdırır, ortaq məqamları müəyyən edir və hökumətə təqdim edir. Beləliklə, vətəndaşla hökumət arasında daha canlı və səmərəli dialoq qurulur.

Bu bir reallıqdır ki, süni intellekt siyasi qərarların dəstəklənməsi sahəsində böyük imkanlar açır. O, daha obyektiv təhlil, daha şəffaf siyasət və daha geniş vətəndaş iştirakı vəd edir. Amma, eyni zamanda, ondan məsuliyyətsiz və nəzarətsiz istifadəsi zamanı yeni problemlər doğura bilər. Ona görə də bu texnologiyanın istifadəsində əsas prinsip belə olmalıdır: “İnsan qərar verir, texnologiya kömək edir”.

Azərbaycan kimi demokratik inkişaf yolunda inamla irəliləyən ölkələr üçün bu sahədə dünyadakı müsbət təcrübələri izləmək, amma milli maraqlara və hüquqi sistemə uyğun yanaşmalarla tətbiq etmək önəmlidir. Beləliklə, texnologiya bizim əlimizdədir. Ondan necə istifadə edəcəyimiz isə artıq siyasi mədəniyyətimizə, hüquqi çərçivəmizə və ictimai məsuliyyət hissimizə bağlıdır.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri