Icma.az
close
up
RU
Ekstremal hava bu ilin yayında Aİ yə 126 milyard avro zərər vurub

Ekstremal hava bu ilin yayında Aİ yə 126 milyard avro zərər vurub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 15 sentyabr, AZƏRTAC

Bu il Avropa İttifaqında isti hava, quraqlıq və daşqınların səbəb olduğu iqtisadi zərərlərin ümumi həcmi təxminən 126 milyard avro təşkil edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Mannhaym Universitetinin və Avropa Mərkəzi Bankının birgə araşdırmasının nəticələrində qeyd olunub.

Bu proses İspaniya, Fransa və İtaliyaya daha çox təsir edib. Sadalanan ölkələrin hər birində təxminən 34-35 milyard avro zərər qeydə alınıb. Almaniyaya isə daha az - təxminən 2,5 milyard avro zərər dəyib. Lakin tədqiqat göstərir ki, Şimali Avropada da ekstremal hava hadisələrinin, xüsusilə daşqınların tezliyi və miqyası artmaqdadır.

Tədqiqatda ekstremal hava hadisələrinin birbaşa zərərləri ilə yanaşı, dolayı təsirlərin səbəb olduğu ziyan (məhsuldarlığın azalması, təchizat zəncirinin pozulması, fəlakət bölgələrindən köç və s.) da nəzərə alınıb. Həmçinin qeyd edilib ki, iqlim böhranı belə ekstremal hava hadisələrinin tezliyini və intensivliyini əhəmiyyətli dərəcədə artırır.

İspaniyada və Portuqaliyada dağıdıcı meşə yanğınlarına səbəb olan hava şəraiti iqlim dəyişiklikləri nəticəsində 40 dəfə çox baş verir. Ekstremal hava hadisələri iqtisadiyyata daha ciddi çətinliklər yaradır və dolayı təsirlər birbaşa dağıntılar qədər zərər vurur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see213

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see198

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see187

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see151

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see148

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see143

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see139

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see138

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see135

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see135

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see134

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see133

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see133

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see131

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see131

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see128

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see127

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see126

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see125

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri