Əl Əhli nin idman direktoru Məhəmməd Salahın transferi ilə bağlı danışdı
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Əl Əhli"nin idman direktoru Səid Əbdül Hafiz klubun "Liverpul"un hücumçusu Məhəmməd Salahın transferi üçün danışıqlara başlaması ilə bağlı gəzən söz-söhbətə münasibət bildirib. Funksioner bununla bağlı "Goal" portalına danışıb:
"Məhəmməd Salah böyük ulduzdur. O, ərəb dünyasında hansısa futbolçunun çətin təkrarlaya biləcəyi naliyyətlərə imza atıb. Hazırda o, bütün diqqətini peşəkar karyerasına yönəldib. Salahın adını "Əl Əhli" ilə yanaşı hallandırmaq medianın işidir. O, Misir futboluna və bütün ərəb dünyasına şöhrət gətirən oyunçudur. Gəlin realist olaq. Salah bir neçə ay əvvəl "Liverpul"la müqaviləsini uzadıb. "Əl Əhli"nin heç bir rəsmi nümayəndəsi bu barədə danışmayıb - hər şey sadəcə mətbuatda idi. Salaha uğurlar arzulayıram".
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















