Icma.az
close
up
RU
Əl Gənci Səmərqənddə ilk dünyəvi məktəb açan maarifçi

Əl Gənci Səmərqənddə ilk dünyəvi məktəb açan maarifçi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səmərqəndin maarifçilik tarixində elə adlar var ki, zaman keçdikcə onların izi bir qədər kölgədə qalsa da, yetişdirdikləri insanlar həmin izi yaşatmaqda davam edir. Əbülqasım əl-Gənci də belə ziyalılardan biridir. 

Gəncədə doğulan, Yəməndə və Şərqin elm mərkəzlərində təhsil alan bu maarifçi XIX əsrin sonu – XX əsrin əvvəllərində Səmərqəndə gəlir və burada yeni üsullu məktəb yaradaraq özünü yalnız müəllim kimi deyil,  maarifçilik ideyasının daşıyıcısı və alim kimi göstərir.

Onun məktəbinə gələn şagirdlər arasında sonralar Səmərqəndin tanınmış ziyalılarından birinə çevriləcək Seyid Rza Əlizadə də vardı. 

Əlizadə burada yalnız savad öyrənmir, yeni təhsil düşüncəsinin, müəllimlik mədəniyyətinin və maarifçilik ruhunun ilk təməlini də məhz bu məktəbdə alır. Taleyin maraqlı yazısıdır ki, Əbülqasım əl-Gənci sonralar məktəbdən ayrılarkən onu şagirdinə etibar edir. Beləliklə, dünən müəllimin qarşısında oturan Seyid Rza Əlizadə bu dəfə həmin məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başlayır.

Bu, sadəcə bir müəllimlə şagirdin həyat yolunun kəsişməsi deyildi. Bir maarifçilik ənənəsinin bir nəsildən digərinə ötürülməsi idi. 

Əbülqasım əl-Gəncinin məktəbində başlayan yol Seyid Rza Əlizadəni sonralar Səmərqəndin cədidçilik hərəkatının, mətbuatının və maarifçilik mühitinin önəmli simalarından birinə çevirir. Başqa sözlə, Gəncənin Gənci adı ilə Səmərqəndin Əlizadə adı arasında təkcə coğrafi deyil, həm də mənəvi və pedaqoji bir bağ yaranır.

Bu baxımdan Əbülqasım Gəncinin tarixdəki yerinə yalnız “məktəb açan müəllim” kimi baxmaq kifayət deyil. Onun ən böyük xidmətlərindən biri, bəlkə də, özündən sonra gələcək maarifçi nəslin formalaşmasına yol açması idi. Həmin nəslin içərisində isə Seyid Rza Əlizadənin xüsusi yeri vardı.

Bu, artıq dəqiq faktdır ki, Seyid Rza Əlizadə ilk təhsilini, müəllim kimi davranışını Əbülqasım əl-Gəncinin yeni üsul məktəbində alıb və sonradan həmin məktəbdə müəllim işləyib. 

Səmərqənd cədidçiliyi haqqında monoqrafiyada belə bir cümlə var: Seyid Rza Əlizadənin ilk fəaliyyəti maarifçi hərəkatın ustadı Əbülqasım əl-Gənci ilə bağlı olub.

Ardınca onun Gəncidən yeni məktəbin prinsiplərini öyrəndiyi və öz pedaqoji fəaliyyətində İsmayıl bəy Qaspıralının metodlarından istifadə etdiyi qeyd olunur. 

Bu, çox mühüm faktdır, çünki artıq Gəncinin təsirini sadəcə “Seyid Rza onun məktəbində oxuyub” səviyyəsində deyil, Əlizadənin maarifçilik fəaliyyətinin başlanğıc müəllimi kimi görmək üçün əsasımız var.

Mənbələrdə onun adı müxtəlif formalarda keçir

Şeyx Əbülqasım əl-Gənci. 

Əbülqasım Gənci Axundzadə.

Özbək mənbələrində Abulqosim Oxunzoda Ganjiy.

Buradakı “Gənci/Ganjiy” nisbəsinin Gəncə mənşəyinə işarə etməsi xüsusilə diqqətəlayiqdir. Mənbələr onun XIX əsrin sonlarında Gəncədə doğulduğunu yazır. 

Bu sətirlərin müəllifi “Səmərqənddə ilk dünyəvi məktəb açan maarifçi Şeyx Əbülqasım əl-Gənci” adlı məqaləsində onun haqqənda ilk dəfə məlumat verib. Həmin məqalə müəllifin “Keçmiş unudulmayanda tarixə dönür” adlı kitabında yer alıb. (Qulu Kəngərli “Renessans press” nəşriyyatı, Daşkənd, 2022-ci il) 

Gəncinin məktəbinin yeri də müəyyənləşir

Araşdırmalarımda məktəbin əvvəl Səmərqəndin Çorrah məhəlləsinə, sonra isə Baqişamol kəndinin Minqtut məhəlləsinə köçürüldüyü müəyyənləşib. Gənci burada təxminən üç il fəaliyyət göstərib. Onun sevimli şagirdləri arasında Seyid Rza Əlizadə və Mirzəhəlim də olub. 

Gənci yuxarı sinif şagirdlərinə aşağı sinifdə oxuyan şagirdlərə dərs keçməyi də tapşırırmış. Beləliklə, Seyid Rza Əlizadə hələ məktəbli ikən müəllimlik təcrübəsi qazanıb. Gəncinin məqsədi məktəbi bu şagirdlərə həvalə edib daha yuxarı səviyyəli rüşdiyyə məktəbi yaratmaq olub, amma bunun həyata keçib-keçmədiyini təsdiqləyən məlumat yoxdur. 

Və burada çox mühüm bir tarix ortaya çıxır

Seyid Rza Əlizadənin sonrakı fəaliyyətindən danışılarkən yazılır ki, o, 1906-cı ildə Minqtut məhəlləsində “Maktabi İslamiya” məktəbini özü açıb. 

Bu məlumatı Gəncinin məktəbi ilə yanaşı qoyanda çox maraqlı xronoloji xətt alınır:

Əbülqasım əl-Gənci yeni üsul məktəb açır, Seyid Rza Əlizadə isə 1906-cı ildə Minqtutda öz məktəbini yaradır. 

Yəni biz burada Əbülqasım əl-Gəncinin pedaqoji təsirinin konkret davamını görürük.

Əlizadənin sonrakı fəaliyyəti və Gəncinin ideyasının davamı

Əlizadə sonradan Mahmudxoca Behbudinin yaxın silahdaşlarından birinə çevrilir. 1913-cü ildə Behbudi onu “Oyina” jurnalının məsul katibi təyin edir. Daha sonra Əlizadə müxtəlif qəzet və jurnallarda fəaliyyət göstərir. 

Onun 1913-cü ildə “Oyina”da məktəb və mədrəsə islahatı haqqında yazdığı məqalədə müasir cəmiyyət üçün həkim, müəllim, mühəndis və katib kimi dünyəvi peşə sahiblərinin zəruriliyindən danışması da göstərilir. 

Orada Əbülqasım Gəncinin məktəbində dini biliklərlə yanaşı dünyəvi elmlərin öyrədilməsi haqqında məlumatlar da var. 

“Risolai  ittihodiya” və Cəncinin cədid mühitindəki yeri…

Səmərqənddəki Mahmudxoca Behbudi ev-muzeyinin kataloqunda “Əbülqasım Axundzadə Gəncinin “Risolai ittihodiya” əsəri Behbudi dövrü cədidlərinin əsərləri arasında olduğu vurğulanır. Orada Behbudi dövrünün cədidlərinin əsərləri sadalanarkən Said Vasli, Said Əhməd Siddiqi, Munəvvərqori, Əbülqasım Axundzadə Gənci, Əbdülqadir Şakuri və başqalarının da adları çəkilir.  Əbülqasım əl-Gənciyə aid əsər isə “Risolai ittihodiya” kimi qeyd olunur. 

Bu, Gəncinin cədid mühitindəki yerinə dair çox əhəmiyyətli sübutdur.

Əl-Gəncinin “Gülzari-həqiqət” və “Risolai ittihodiya” əsərlərini aşkar və tədqiq etmək isə alimlərimizin öhdəmizə düşür. 

“Risolai ittihodiya” haqqında mənbələrdə olan qısa məlumaatda dini islahat, müsəlmanların birliyi, təhsil, millət anlayışı, yeni məktəb və digər məsələlərə aydınlıq gətirilir. 

Qiymətli tapıntı:  “Gülzari-həqiqət” kitabı

Məncə, araşdırmanın ən maraqlı hissəsi budur.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Əlyazmalar Fondunun kataloqunda belə bir əsər qeydə alınıb:

Şeyx Molla Əbülqasım Gənci Axundzadə-“Gülzari-həqiqət”

və kataloqda açıq şəkildə yazılır ki, əsər 1911-ci ildə Səmərqənddə Sulyanov və Qazarov mətbəəsində çap olunub, 32 vərəqdir, nüsxənin sonu oxunmur. 

Bu, çox mühüm faktdır, çünki artıq bizdə təkcə onun haqqında yazılmış bioqrafik məlumat yox, özünün yazdığı və Səmərqənddə çap etdirdiyi konkret əsərin biblioqrafik izi var.

Yəni Əbülqasım əl-Gənci Səmərqənddə sadəcə müəllim kimi yaşamış bir azərbaycanlı din xadimi deyildi, həm də əsərlər yazan alim idi. 

Amma bir şeyi hələ də ayırmaq lazımdır

“Risolai ittihodiya” əsəri tam mənada daha nədən bəhs edir, bunu dəqiqləşdirmək vacibdir və bu, “Gülzari-həqiqət” üçün də keçərlidir.

Əbülqasım Gəncinin Səmərqənd tarixindəki rolunu yalnız “Gəncədən gəlmiş müəllim” kimi təqdim etmək kifayət etmir.

Hazırda sənədlərlə qurula bilən daha maraqlı bir xətt var:

Əbülqasım əl-Gənci, Səmərqənddə yeni üsul məktəb, Seyid Rza Əlizadənin təhsili, Əlizadənin həmin məktəbdə müəllimliyi, 1906 — Minqtutda “Maktabi İslamiya”, Behbudi və Səmərqənd cədid mühiti, 1910-cu illərdə mətbuat və məktəb islahatı …

İndi isə əsas məsələ Gəncinin 1911-dən sonrakı taleyi ilə maqlanmaqdır.

Əl-Gəncinin Səmərqənddən gedişi

Əbülqasım əl-Gəncinin Səmərqənddən İraqa qayıtması, zahirən, bir ziyalının başqa bir diyara köçməsi idi. Lakin bu gedişin arxasında bir məktəbin, bir maarifçilik ənənəsinin və bir ziyalı çevrəsinin taleyi dayanırdı. Gənci Səmərqəndə yalnız özü gəlməmişdi; Gəncədən, Yəməndən, İraqdan və Şərqin digər məkanlarından bu qədim şəhərə bir maarifçilik nəfəsi gətirmişdi. Onun məktəbində yetişən Seyid Rza Əlizadə isə sonralar həmin nəfəsi öz fəaliyyəti ilə daha geniş bir çevrəyə yayacaqdı.

1911-ci ildə Əbülqasım Gəncinin Səmərqənddən ayrılması ilə şəhər, bəlkə də, bir müəllimdən daha çoxunu itirdi, o burada yalnız dərs deməmişdi. Şagirdlərinə elmə başqa gözlə baxmağı, məktəbi yalnız dini biliklərin verildiyi məkan deyil, insanı həyata hazırlayan bir ocaq kimi görməyi öyrətmişdi. Ən mühümü isə, özündən sonra bu işi davam etdirəcək insanlar yetişdirmişdi.

Onun gedişi bir dövrün səssiz ayrılığına bənzəyirdi, amma müəllimin şəhərdən getməsi onun yaratdığı məktəbin bitməsi demək deyildi. Əksinə, Gəncinin Səmərqənddə qoyduğu iz şagirdlərinin taleyində davam etdi. Seyid Rza Əlizadənin sonrakı maarifçilik, müəllimlik və mətbuat fəaliyyəti həmin irsin başqa bir mərhələsinə çevrildi.

Bəlkə də Səmərqəndin Əbülqasım Gəncinin gedişindən itirdiyi ən böyük şey onun özündən çox, şəhərdə yaratdığı canlı maarifçilik enerjisinin birbaşa mənbəyi idi. Çünki böyük müəllimlər yalnız dərs demirlər; onlar özlərindən sonra davam etdiriləcək bir yol açırlar. Gənci də Səmərqənddə belə bir yol açmışdı, o yoldan isə Seyid Rza Əlizadə, digərləri keçmişdi.

Əbülqasım Gəncinin Səmərqənddən gedişi bir müəllimin şəhərdən ayrılması deyildi, şəhərin öz içində yetişdirdiyi maarifçilik imkanlarından birinin başqa bir diyara köçməsi idi. 

Bəzi ayrılıqların ağırlığı insan gedən gün bilinmir, Əbülqasım əl-Gəncinin 1911-ci ildə Səmərqənddən İraqa dönüşü də belə ayrılıqlardan biri idi. O gün şəhər bir müəllimin yola düşdüyünü görürdü amma heç nə deyə demirdi, deyə bilmirdi, seçim onun idi... 

Zaman isə göstərəcəkdi ki, Səmərqənd sadəcə bir müəllimi deyil, öz məktəbində bir maarifçilik ənənəsini yaşadan simanı yola saldı. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Səmərqənd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri