Səmərqənddə ikiqat zəfər
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları növbəti uğurlu nəticələrini əldə ediblər.
Futbolpress.az xəbər verir ki, turnirin II turunda kişilərdən ibarət yığmamız Filippin komandası ilə qarşılaşıb və 3:1 hesabı ilə üstün olub. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov ilə Məhəmməd Muradlı görüşlərini qələbə ilə başa vurublar. Aydın Süleymanlı və Eltac Səfərli isə partiyalarını heç-heçə ilə yekunlaşdırıblar.
Qadınlardan ibarət milli komandamız isə II tur çərçivəsində Danimarka yığmasını darmadağın edib – 4:0. Heyətdə yer alan Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə heç bir şans verməyərək masadan qələbə ilə ayrılıblar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının I turunda kişilərdən ibarət milli komandamız Mərakeşi, qadın şahmatçılarımız isə Qvatemalanı quru hesabla (4:0) məğlub etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 Sentyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















