Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

EL GÜCÜ, SEL GÜCÜ

EL GÜCÜ, SEL GÜCÜ

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada çox müharibələr olub və bu müharibələrin ədalətlisi də olub, ədalətsizi də. Müharibələrdə ən çox qazanan gözəgörünməyən quvvələr və onlarla bir yerdə iştirak edən insanlardır. Gözə görünən isə ev-eşiyi dağılan, oğlu-uşağı, doğması ölən kimsəsiz və yazıq adamlardı. Təbii ki, müharibələr həmişə bəşəriyyətə fəlakət gətirib. Üstəlik də bir yandan xəstəlik, aclıq və sonu görünməyən ölüm. Bunlar tarixin bütün anlarında yaşanıb.

Amma Azərbaycanın 2020-ci il sentyabrın 27-də başladığı İkinci Qarabağ savaşı  tamamilə başqa bir  müharibədir. Çünki Azərbaycanın 20 faiz ərazisi erməni işğalçıları  tərəfindən ələ keçirilmiş və 30 ildən çox o torpaqları  əsarət altında saxlayırdılar. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın torpaqlarının ermənilər tərəfindən işğal olunması barəsində dörd qətnaməsi mövcud idi. Və bu qətnaməyə əsasən ermənilər qeydsiz-şərtsiz həmin əraziləri  tərk etməli, boşaltmalı və Azərbaycana  təhvil verməli idilər. Çox təəssüf ki, 30 il keçməyinə baxmayaraq, ermənilər bu addımı atmırdılar. Bu bir yana qalsın,  üstəlik həm də onlar işğal edilmiş  ərazimizdən və Ermənistanın öz ərazisindən yaşayış məntəqələrimizi, şəhərlərimizi, qəsəbələrimizi ağır artilleriyadan və iriçaplı silahlardan fasiləsiz atəşə tuturdular.

Təbii ki, bu atəşkəsin pozulması demək idi, üstəlik də ərazilərimizin və yaşayış məntəqələrimizin  zərər görməsinə dəlalət edirdi. Ona görə də  Ali Baş Komandan, prezident İlham Əliyev 2020-ci il  sentyabrın 27-də ordumuza  əks hücuma  keçmək barədə  əmr verdi. Aydındır ki, ordumuz da bu əmri çoxdan gözləyirdi. Amma ermənilər onu gözləmirdilər ki, Azərbaycan  Ordusu  qısa zaman kəsiyində çox möhtəşəm hücuma keçəcək və bir neçə günün içində işğal altında olan ərazilərimizin xeyli hissəsini  azad edəcəkdir. Çünki onların çox güclü «Ohanyan səddi» deyilən müdafiə xətti vardı. Və bu  müdafiə xəttini keçmək çox çətin idi. Həmin müdafiə xətti  minalanmış, böyük kanallar qazılıb su doldurulmuş və tikanlı məftillərlə mühafizə edilmişdir. Bununla yanaşı, bütün yüksəkliklər erməni silahlı qüvvələrinin əlində idi. Yəni  onlar bizim ordunun bütün hərəkətlərini izləyə bilirdilər.
Füzulidə Lələtəpə yüksəkliyi və Cəbrayıldakı bir neçə yüksəklik  onlara çox böyük  imkan verirdi ki, hücumumuzun qarşısını ən azından  ala bilməsələr də, ləngitsinlər. Amma sentyabrın 27-də Azərbaycan Ordusunun ildırım sürətli hücumu demək olar ki, erməniləri çaş-baş salmışdı. Kim deyir ki, erməni ordusu zəif və qorxaq idi, bu bir o qədər inandırıcı deyildi. Ən azından ona görə ki, biz o qədər də zəif düşmənlə deyil, təpədən-dırnağa  silahlanmış erməni ordusu ilə döyüşürdük. Sadəcə olaraq, Azərbaycan Ordusu  onlardan qat-qat güclü idi. Qat-qat  güclü olduğuna görə də  sentyabrın 27-dən 30-nə qədər Füzulinin və Cəbrayılın 10-a yaxın kəndi erməni işğalından tam təmizləndi. Bu döyüşlər zamanı minalanmış yolları və yerləri təmizləyən istehkamçılarımızın çox böyük xidmətləri var idi. Çünki onlar zamanında minalanmış əraziləri və yolları  təmizləməsəydi həm ağır texnikalarımız, həm də əsgərlərimiz həmin minalara düşə bilərdi. Heç şübhəsiz ermənilər öz mövqelərini gücləndirmək üçün  bütün mövcud  imkanlardan istifadə etmişdi. Üstəlik də onların havadarları olan Qərb ölkələri, xüsusən də Fransa erməniləri arxayın edirdilər ki, narahat olmayın, bir neçə gündən sonra  müharibəni dayandıracağıq. Onların ağlı 2016-cı ilin aprel döyüşlərinə  getmişdi. Onda müxtəlif  təzyiqlərlə və vədlərlə o döyüşləri saxlatdırmağa nail oldular. Amma İkinci Qarabağ savaşının başladığı sentyabr ayında heç bir qüvvə Azərbaycan Ordusunun hücumunun qarşısını ləngidə bilmədi. Hətta ölkə prezidenti İlham Əliyevə nə qədər təzyiqlər, təsirlər olsa belə heç birinə əhəmiyyət vermədən dedi ki, bizim hücumumuzun qarşısını heç bir qüvvə ala bilməz. 

Belə də oldu. Artıq Cəbrayıl rayonu erməni işğalından  azad edilmişdi. Bu o demək idi ki, Cəbrayıl şəhərinin işğaldan azad olunması  Azərbaycan Ordusunun ən böyük, möhtəşəm qələbəsi idi. Qələbənin  ardı isə günbəgün gəlirdi. Yəni Cəbrayıldan sonra  Hadrut şəhəri  erməni işğalından azad edildi. Hadrut hərbi və strateji cəhətdən çox əhəmiyyətli idi. Çünki  bu şəhərin götürülməsi Füzuli şəhəri istiqamətində döyüşün sürətlənməsinə  və onun tezliklə azad olunmasına şərait yaradırdı. Füzuli şəhərində ən böyük yüksəkliklərdən biri olan Məngələnata yüksəkliyində ermənilər mövqe tutmuşdular. Əgər Dədəli, İşıqlı istiqamətindən Füzuli şəhərinə hücum olsaydı itkilərimiz daha çox ola bilərdi. Amma Azərbaycan Ordusunun generalları çox yüksək peşəkarlıqla, taktiki gediş elədilər və Hadrut istiqamətindən Füzuli şəhərinin azad olunmasına  başladılar. 

Aydındır ki, Füzulinin azad olunması da siyasi və hərbi cəhətdən Azərbaycan Ordusunda çox yüksək bir ruh yaratdı. Çünki Azərbaycan Ordusunun əsgərləri hər şəhər, hər kənd, hər qəsəbə uğrunda əsl qəhrəman kimi döyüşürdülər. Onlar ölümdən qorxmurdular. Ona görə qorxmurdular ki, ayaqlarının altındakı  torpaq, udduqları hava, içdikləri su Vətən idi. Elə bu  torpaq, bu hava, bu su da onlara  güc verirdi. Düşmənin  nə ağır silahından, nə artilleriya mərmisindən, nə də digər odlu silahlarından əsgərlərimiz çəkinmirdi. Ancaq düşməni məhv etmək və torpaqlarımızı azad etmək haqqında düşünürdülər. 

Və 44 gündən sonra bu böyük  arzuya da Azərbaycan xalqı, Azərbaycan əsgəri çata bildi.  Qubadlı azad olundu, Zəngilan azad olundu, Şuşa azad olundu. Və noyabrın 10-da ermənilərin  təslim olması barədə üçtərəfli Bəyannamə imzalandı.  Bəyannaməyə əsasən göstərilən vaxt ərzində erməni qoşunu Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmalı idi. Və  həmin vaxt da tamam olanda ermənilər o əraziləri tərk etdilər. Ancaq yenə erməniliklərini göstərdilər, yəni o rayonları tərk edərkən yaşayış evlərini, sosial obyektləri, hətta meşələri belə yandırmaqdan çəkinmədilər. 

Azərbaycanda isə çox möştəşəm bir qələbənin sevinci yaşanırdı. Ərazi bütövlüyümüz əsasən təmin olunmuş, xalqımız öz dədə-baba torpaqlarına qovuşmuşdu. Bax, el gücü, sel gücü budur!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Noyabr 2024 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri