Icma.az
close
up
RU
Dövlətin gücü ,millətin gücü deməkdir

Dövlətin gücü ,millətin gücü deməkdir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Mübahisə etmə, Münazirə et"
Bu ifadələrin fəlsəfi mənası dərin məntiqə söykənir. Kainatın dizaynının siyasətlə qurulduğunu nəzərə alsaq, siyasətdə bu ifadələr rasional düşüncəyə əsaslanmalıdır. İnternet, sosial şəbəkələr və müasir texnologiyalar bu səviyyədə inkişaf etməmişdən əvvəl dünyanın landşaftı və siyasi dizaynı cəmiyyətlərin gözündə tamam fərqli görünürdü. Amma bu gün bu balansı saxlamaq qeyri-mümkündür. Çünki müasirliyin müsbət cəhətləri buna imkan vermir. Baxmayaraq ki, fəsadları da var. Hazırkı dünyada fenomen şüura malik olmaq lazımdır ki, siyasi memarların tikdiyi yararsız binanın dağılmış qalıqları altında qalmayasan.
Dəyərli soydaşlar, bu gün internet məkanı həddindən artıq yüklənmiş bir sahəyə çevrilib və bunun iki əsas mahiyyəti var.
Birincisi, çox geniş bilik mənbəyidir,
İkincisi, boş məlumatlarla doldurulmuş məkandır.
Bu gün mübahisə edən tərəflər üçün internet çox əlverişlidir. Çünki siyasətdə mübahisə, düşmənçilik, dezinformasiya, təhrif və böhtan yaymaq istəyənlər üçün çox geniş və münbit şərait yaranıb.
Gəlin baxaq: bu şantaj və böhtanların, zərərli mübahisələrin dövlətə və millətə bir xeyri varmı?
Hesab edirəm ki, qətiyyən yoxdur. Təəssüf ki, bu ziyanlı arqumentlərdən yararlanıb məharətlə istifadə edənlərin sayı az deyil. Çünki o insanların məqsədi dövlət maraqlarına xidmət və milli mənafelərin keşiyində durmaq deyil. Onların hədəfi şəxsi ambisiyalarını və düşmənçilik ənənələrini fürsətdən istifadə edərək öz xeyirlərinə yönəltməkdir. Bu isə internetin və sosial şəbəkələrin qaranlıq tərəfidir.
Sosial şəbəkələrin və müasirliyin sağlam tərəfi isə odur ki, aldığın informasiyanı konstruktiv müzakirə edərək nəticə çıxarır və dövlətinə yararlı olursan.
Dövlətin gücü ,millətin gücü deməkdir. Burada dərrakəli və ağıllı insanlar dəlilləri, arqumentləri müzakirə edir, qarşılıqlı hörmət çərçivəsində fikir mübadiləsi aparır, elmi-məntiqi yanaşmaya üstünlük verirlər. Bir-birinin fikrinə hörmətlə yanaşmaq, intellektual debat aparmaq, mədəni və ədəbli müzakirələr etmək bu müdrik yanaşmanın faydaları daha çoxdur. Riyakar manipulyasiya davranışları isə bəşəriyyətə zərər vurur. Təbii ki, bu texnologiyaların yaradılmasında maraqlı olanlar yeni dünya düzənində idarəetmə və diqtəetmə prinsiplərindən maksimum yararlanmağa çalışırlar. Sürətlə yayılan informasiyaları dəqiq analiz etmək, ölkəni siyasi uçqunlardan qorumaq deməkdir. Bu gün ölkəmizdə iki təbəqələşmə mövcuddur.
Birinci tərəf, internetin yaratdığı imkanlardan istifadə edib manipulyasiya aparan siyasi manipulyatorlardır. Digər tərəf isə bütün bu neqativ amillərə baxmayaraq dövlətin güclənməsi üçün çalışan, mütərəqqi düşünən, müdrik və fenomen şüura malik olanların cərgəsidir. Onlar İlham Əliyevin ətrafında birləşərək doğma vətənimizin gələcəyi üçün çalışırlar. Az sayda olsa da, digər bir qrup da var. İnternet və rəqəmsal platformaların gücündən istifadə edib siyasi üstünlük, nəzarət və təsir məqsədilə sui-istifadə edənlər. Onların məqsədi ədəbsiz, birtərəfli siyasi məlumatlar yayaraq öz siyasi xəttini trendləşdirməyə cəhd göstərməkdir. Bu siyasi kiber-manipulyatorlar dərin düşüncədən məhrum, rasional təfəkkürdən uzaq, sağlam rəqabətdən yayınan, siyasi dialoqdan qaçanlardır. Bu gün bizə rəqəmsal platformalardan ağıllı şəkildə istifadə edərək cəmiyyətdə birliyi, dövlətə xidməti və milli ideologiyanın inkişafını təmin edən insanların fəaliyyəti daha önəmlidir. Daşlaşmış, uyğunsuz düşüncələrin sürünməsi bugünkü reallığa uyğun deyil və biz bu daşlaşmış davalardan qurtulmalıyıq. Bunun yolu təmkin, bilik, elm, ədəb, siyasi həmrəylik və milli birlikdən keçir. Bu yolda millətimizə uğurlar arzu edirəm.
Yararsız mübahisə edənlərdən deyil, faydalı münazirə edənlərdən olmalıyıq ki, qazandığımız uğurların bəhrəsindən gələcək nəsillərimiz faydalansın.
Ramil Hüseynov, "Yeni XƏTT" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri