“El Mayo” ölüm cəzası olmasa, törətdiyi cinayətləri etiraf edəcəyini bildirib
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikalı narkobaron İsmael “El Mayo” Zambada, razılaşma onu ölüm cəzasından azad etsə, ABŞ-də prokurorlarla sövdələşməyə və günahını etiraf etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili “Reuters” agentliyinə məlumat verib.
Ötən ilin sentyabr ayında Zambada Nyu-York federal məhkəməsində narkotik alveri, çirkli pulların yuyulması və silah ittihamı da daxil olmaqla 17 ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəməyə qədər həbsdədir.
“Cənab Zambada məhkəməyə getmək istəmir və ölüm cəzası olmayan bir ittihama görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, - vəkil Frank Peres deyib.
İttihamları irəli sürən Bruklindəki ABŞ prokurorluğunun sözçüsü şərh verməkdən imtina edib.
Qeyd edək ki, 77 yaşı olan Zambada, keçən iyul ayında Quzmanın oğullarından biri Xoakin Quzman Lopezlə birlikdə Nyu-Meksiko aerodromunda saxlanılıb.
Baxış sayı:131
Bu xəbər 25 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















