Icma.az
close
up
RU
Ermənilərin törətdiyi soyqırımı cinayətləri

Ermənilərin törətdiyi soyqırımı cinayətləri

Ses qazeti-dan verilən məlumata əsasən, Icma.az bildirir Ermənilərin törətdiyi soyqırımı cinayətləri.

70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşdırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşanılan ictimai-siyasi proseslərin üzə çıxarılmasına geniş meydan verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxəsrlik tarixində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni səhifə oldu. AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu. AXC qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail oldu. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olundu və milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixini ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Ötən əsrin əvvəllərində - 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törədiblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib. Bu erməni vəhşiliyinin nəticəsində baş verir. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. İnsanlığa sığmayan bir vəhşilik törədiblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri də dağıdaraq, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki. erməni vandallığının nəticəsində azyaşlılar və silahsız qadınlar xüsusi qəddarlıqla qətlə yetirilib. Tarixi mənbələrdə qeyd olunur ki, ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu köməyə gəlməsəydi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.

1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.

KÜTLƏVİ MƏZARLIQ

2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlıdır. 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, Hmazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə ümumilikdə isə 167 kəndi dağıdıb talan edib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da, məhz həmin dövrün qurbanlarına aiddir. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. 2009-cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunub. 30 dekabr 2009-cu ildə "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında Sərəncam imzalanıb. 2013-cü il sentyabrın 18-də isə Quba Soyqırımı Memorial Kompleksinin açılışı baş tutub. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Abidə üç hissədən: itiuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması isə həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib.

AZƏRBAYCAN XALQINA QARŞI UZUN MÜDDƏT DAVAM EDƏN ETNİK TƏMİZLƏMƏ

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir. Erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri Xocalıda terror planını əvvəldən hazırlamışdılar. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət etmişdir. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak etmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış "ASALA" erməni terrorçu təşkilatının bir qrup üzvü 26 nəfərlik dəstə, mayor Aqşin Mimonyanın başçılığı ilə Xankəndinə gəlmişdi. Müşavirədən sonra 366-cı alayın tərkibində edilən dəyişikliklər xüsusi maraq doğurur. Belə ki, həmin il yanvarın 23-də 366-cı alayında 93\5 nömrəli sərəncam imzalanmışdı. Alayın daxili möhürü ilə təsdiq olunmuş sərəncama əsasən, alayda xidmət edən gürcülər, tatarlar, belaruslar, türkmənlər, qazaxlar və ləzgilər ordudan təxris olunmuşdur. Beləliklə, alaydan tərxis olunmuşların yerini xüsusi təlim keçmiş "Haydad"çılar tutmuşlar.

Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Ermənilərin "burnunun qanamalarını" soyqırımı kimi qələmə verən bəzi dövlətlərə əsl soyqırımının necə olmasını sübut etmək üçün Xocalı faciəsinin kadrlarını göstərmək kifayətdir.

PLANLAŞDIRILMIŞ KÜTLƏVİ VƏ AMANSIZ QIRĞIN AKTI

1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verir və şəhər tamamilə alova bürünür. Şəhərin azsaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.

Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

XOCALIDA AŞKARLANAN KÜTLƏVİ MƏZARLIQ

Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifrət zəmində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürülüb. Xocalı rayonunda kütləvi məzarlığın aşkar edilməsi faktı bunu bir daha təsdiqləyir.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkarlanması faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb.

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Zəfər sayəsində ölkəmizin beynəlxalq miqyasda tanınmış torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan döyüş meydanında Zəfər çaldı. Şəhidlərimizin qisası alındı.

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri