Əl Nəsr” Avstriyadan qaçdı
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Əl-Nəsr” planlaşdırılan təlim-məşq toplanışının sonuna qədər Avstriyada qala bilməyib. SİA xəbər verir ki, komanda “Tuluza” ilə yoldaşlıq oyunundan sonra Portuqaliyaya yollanıb və avqustun 4-dək millinin bazasında məşq edəcək.
Erkən gedişin rəsmi izahı kimi Avstriyada pis hava şəraiti göstərilir. Amma mətbuat təhlükəsizlik məsələləri ilə bağlı məlumat verir. “Austrian Sky Sport”un məlumatına görə, futbolçular, xüsusən də Kriştiano Ronaldo azarkeşlər tərəfindən narahat edilib.
Futbolçular 24 saat oteldən kənarda müşahidə altında saxlanılıb və otelin daxilində azarkeşlərlə futbolçular arasında bir neçə görüş səs-küyə səbəb olub. Həmçinin bildirilir ki, uşaqlar Ronaldonun otağının qapısını döyüblər və heyət təhlükəsizlik səviyyəsini xeyli artırmalı olub.
Baxış sayı:96
Bu xəbər 02 Avqust 2025 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















