Icma.az
close
up
RU
Avstriyadan mühüm qələbə

Avstriyadan mühüm qələbə

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu qrupun əsas oyunu Zenitsada keçirildi.

"Football-plus.az" xəbər verir ki, bu tura qədər xal itirməyən iki komandanın - Bosniya və Hersoqovina ilə Avstriyanın dueli, gözlənildiyi kimi, maraqlı keçdi.
Matçın ən yaddaqalan anlarından biri avstriyalıların çalışdırıcısı Ralf Ranqnikin meydanın ortasında velosiped sürməsi (!) oldu. Məsələ burasındadı ki, təcrübəli mütəxəssis bu yaxınlarda ayağından əməliyyat olunub və həkimlər ona hələ ki mümkün qədər az gəzməyi məsləhət görüb.
Ranqnik ilk yarı bitən kimi meydanın bir başından o biri başına ayaqla yollanmamaq üçün bu cür kreativ və qeyri-adi üsuldan istifadə etmək qərarına gəldi. Görüşdə əsas hadisələr 2-ci hissəyə təsadüf etdi. Əvvəlcə Zabitser əla zərbə ilə baxımlı qol vursa da, meydan sahibləri, demək olar, cavab hücumundaca hesabı bərabərləşdirdilər. Ceko cinah ötürməsini dəqiq tamamladı. Ancaq son sözü Avstriya söylədi. Qonaqlar Laymerin qolu sayəsində çox mühüm qələbə qazanaraq itkisiz irəliləməkdə davam etdilər.
Bosniyanın 2-ci pilləni tutub pley-offda oynamaq şansları pis deyil. Çünki Rumıniya bu seçmə mərhələni qeyri-sabit keçirməkdə və xalları sağa-sola paylamaqdadı. Mirça Luçeskunun komandası bu tur Nikosiyaya səfər etmişdi. Rumınlar ilk 18 dəqiqəyə ikitopluq üstünlük yaxaladıqları qarşılaşmada qələbəni əldən verməyə özlərində güc tapdılar. Hələ fasiləyə qədər qollardan birinin əvəzini çıxan Cənubi Kipr 2-ci hissənin ortalarında bərabərlik qolunu da vurdu.
Hazırda Bosniya Rumıniyadan 5 xal öndədi. Amma təqvim rumıniyalılar üçün heç də pis deyil. Çünki Bosniya artıq San Marinoya qarşı hər iki oyununu keçirib. Üstəlik bu komandanı sonuncu turda çətin Avstriya səfəri gözləyəcək. 
H qrupu
6-cı tur
Bosniya və Hersoqovina - Avstriya 1:2 (0:0)

Bosniya və Hersoqovina: Vasil, Dediç (Qazibeqoviç, 58), Katiç, Muharemoviç, Muyakiç (Bazdar, 87), Sunyiç, Tahiroviç (Alaybeqoviç, 72), Qiqoviç (Bayraktareviç, 72), Memiç (Başiç, 72), Demiroviç, Ceko.
Avstriya: A.Şlager, Laymer, Linhart, Alaba (Danso, 78), Mvene, Zayvald, Şmid (Vimmer, 62), K.Şlager (Qrillitş, 62), Baumqartner (Prass, 90), Zabitser, Qreqoritş (Arnautoviç, 62).
Qollar: Zabitser, 49 (0:1). Ceko, 50 (1:1). Laymer, 65 (1:2).
Vərəqələr: Muyakiç, 45+1. Zabitser, 70. Katiç, 86. Vimmer, 87. Mvene, 89. Qreqoritş, 90+6 - sarı. Vimmer, 90+5 - qırmızı (ikinci sarı). 
Hakim: Xesus Xil (İspaniya). 
9 sentyabr. Zenitsa. 11700 tamaşaçı. 
Cənubi Kipr - Rumıniya 2:2 (1:2)
Cənubi Kipr: Fabiano, Şikkis, Sielis, Laifis, Pileas (Korreya, 46), Kastanos, Kusulos (Xaralampus, 62), Loizu (Kakullis, 62), Kosti (Kiriaku, 68), Sionis (Kutsakos, 87), Pittas. 
Rumıniya: Moldovan, Ratsiu, Gita, Burke, Banku, Stançiu, M.Marin, R.Marin (Şut, 80), Man (Soresku, 80), Dobre (Miçulesku, 65), Draquş. 
Qollar: Draquş, 2 (0:1). Draquş, 18 (0:2). Loizu, 29 (1:2). Xaralampus, 76 (2:2).
Vərəqələr: Banku, 21. Burke, 44. Kusulos, 48. Pittas, 54. Xaralampus, 90+1 - sarı. 
Hakim: Matey Yuq (Sloveniya). 
9 sentyabr. Nikosiya. 4875 tamaşaçı. 
1. Bosniya və H. 5 4 0 1 11-3 12
2. Avstriya 4 4 0 0 9-2 12
3. Rumıniya 5 2 1 2 10-6 7
4. C.Kipr 5 1 1 3 5-7 4
5. San Marino 5 0 0 5 1-18 0
9 oktyabr: Cənubi Kipr - Bosniya və Hersoqovina, Avstriya - San Marino.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri