Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Əl yazısı beyin sağlamlığındakı problemlərə işarə edə bilər (TƏDQİQAT)

Əl yazısı beyin sağlamlığındakı problemlərə işarə edə bilər (TƏDQİQAT)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox insan yaddaşın zəifləməsini, diqqətin cəmlənməsində çətinliyi və ya nitq pozuntularını koqnitiv geriləmənin ilk əlamətləri hesab edir. Lakin "Marie Claire” nəşrinin yazdığına görə, yeni tədqiqat göstərir ki, insanın əl yazısı da beynin yaşlanma prosesi haqqında məlumat verə bilər.

Qaynarinfo xəbər verir ki, Portuqaliyanın Evora Universitetinin tədqiqatçıları araşdırmaya yaşlı yaş qrupundan olan 58 nəfəri cəlb ediblər. Onlardan 38-nə müxtəlif dərəcəli koqnitiv pozuntu diaqnozu qoyulub, qalan 20 iştirakçı isə koqnitiv baxımdan sağlam hesab olunub.

Tədqiqatın məqsədi koqnitiv zəifləmənin əlamətlərinin əl yazısında əks olunub-olunmadığını müəyyən etmək idi. Nəticələr 2026-cı ilin may ayında "Frontiers in Human Neuroscience” jurnalında dərc olunub.

Araşdırma zamanı iştirakçılara müxtəlif tapşırıqlar verilib. Onlardan nöqtə və xətlər çəkmək, həmçinin cümlələri köçürmək tələb olunub.

Lakin ən maraqlı nəticələr imla tapşırığı zamanı əldə edilib. İştirakçılar eşitdikləri cümlələri yazıblar. Bu proses eyni vaxtda diqqət, qısamüddətli yaddaş, eşidilən məlumatın emalı, dil funksiyaları və əl hərəkətlərinin koordinasiyasını tələb edir.

Tədqiqatçılar hesab edirlər ki, məhz buna görə bu tapşırıq beyində baş verən dəyişiklikləri daha həssas şəkildə əks etdirə bilir.

Nəticələr göstərib ki, koqnitiv zəifləməsi olan iştirakçılar qələmlə hər bir hərəkəti yerinə yetirmək üçün daha çox vaxt sərf ediblər. Bundan əlavə, onlar eyni hərfi və ya sözü yazmaq üçün daha çox sayda qısa hərəkətlər ediblər.

Müşahidələrə əsasən, bu iştirakçıların əl yazısı aşağıdakı xüsusiyyətlərlə seçilib:

* daha yavaş olub;

* daha çox xırda ştrixlərdən ibarət olub;

* daha az axıcı olub;

* hərəkət koordinasiyası zəifləyib.

Mütəxəssislərin fikrincə, bu vəziyyət beynin hərəkət və koqnitiv sistemlərinin mürəkkəb tapşırıqlar zamanı əvvəlki kimi uzlaşmış şəkildə işləyə bilməməsi ilə əlaqəli ola bilər.

Tədqiqatın aparıcı müəllifi Ana Rita Matiaş vurğulayıb ki, yalnız əl yazısına əsasən koqnitiv geriləməyə diaqnoz qoymaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan nəticələr ümidvericidir. Lakin dəqiq nəticələr əldə etmək üçün daha geniş iştirakçı qrupu ilə əlavə tədqiqatların aparılması vacibdir.

Məqalədə həmçinin qeyd olunur ki, yaş artdıqca əl yazısının təbii şəkildə dəyişməsi normal haldır. Daha yavaş yazmaq və ya hərflərin kiçilməsi təkbaşına hər hansı xəstəliyin əlaməti hesab edilmir.

Bununla belə, tədqiqat göstərir ki, beynin funksional vəziyyəti gündəlik fəaliyyətlərin bir çoxunda özünü göstərə bilər. Əl yazısı yalnız insanın fərdi xüsusiyyətlərini deyil, bəzi hallarda sinir sisteminin vəziyyəti ilə bağlı mühüm məlumatları da əks etdirə bilər.

Alimlər hesab edirlər ki, gələcəkdə bu istiqamətdə aparılacaq araşdırmalar koqnitiv geriləmənin erkən əlamətlərinin daha tez müəyyən edilməsinə və insanların vaxtında peşəkar tibbi yardım almasına kömək edə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri