Icma.az
close
up
RU
Əlamətlərdən 4ü sizdə varsa... DİQQƏT

Əlamətlərdən 4ü sizdə varsa... DİQQƏT

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edirik.

Böyük ehtimalla sizin də ətrafınızda "kaş böyrəyim, qaraciyərim xəstə olardı, amma bu xəstəlik məndə olmazdı" deyən yaxınlarınız var. Yəqin, bir çoxunuzun beynində bunun hansı xəstəlik olduğu sualı yarandı. Bu, son vaxtların ən çox rast gəlinən xəstəliklərindən olan panik atakdır.

Panik atak nədir?

Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.

Panik atakın əlamətləri hansılardır?

Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.
1.  Ürək döyüntülərinin sayının artması
2. Tərləmə
3. Titrəmə
4. Boğulma
5. Nəfəsin kəsilməsi
6. Sinədə ağrı
7. Ürəkbulanma və ya qarında ağrı
8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)
10. Özünə nəzarəti itirmək
11. Ölüm qorxusunun yaranması
12. Bütün duyğuların ölməsi
13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)
Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik atak diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.

Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.

İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.
Müalicəsi

İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.

Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?

Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri