Icma.az
close
up
RU
Əlaqələr genişlənir: Təbriz və Culfa xalqlarımızın inteqrasiyasında...

Əlaqələr genişlənir: Təbriz və Culfa xalqlarımızın inteqrasiyasında...

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Politoloq: “İran hökuməti Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır”


Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olmuş, əyalətin valisi Bəhram Sərmətslə görüşüb.

Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub. Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib.


Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Şahin Mustafayevin növbəti İran səfəri göstərir ki, həm Azərbaycan dövləti, həm də İran hökuməti əlaqələri və əməkdaşlığı genişləndirməkdə maraqlıdır:


"Həmçinin bu proses qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilir. Çünki məlumdur ki, bu məsələyə isti baxmayan güc mərkəzləri də mövcuddur. Onlar hər zaman təxribat xarakterli dezinformasiyalarla Azərbaycan-İran münasibətlərinə kölgə salmağa çalışırlar. Ancaq İran hökumətinin və Prezident Məsud Pezeşkianın Azərbaycana münasibəti birmənalı olaraq müsbətdir. Ona görə də bu əməkdaşlığı dərinləşdirmək istəyindədir. Bu, təkcə Azərbaycanla bağlı deyil, həm də Türkiyə və digər İslam coğrafiyası ilə münasibətlərin tənzimlənməsinə yönəlir. Bu siyasəti düzgün addım hesab edirəm. Çünki bu, İranın uzun illər buraxdığı səhvlərin və yanlış siyasətin nəticəsində yaşadığı problemlərin düzəldilməsinə yönəlmiş cəhd kimi dəyərləndirilə bilər. Ona görə də bu görüşlərin intensiv xarakter daşıması təbiidir. Xatırladaq ki, bundan əvvəl İranın naziri Azərbaycana səfər etmişdi. Qarşılıqlı səfərlər əməkdaşlığı gücləndirməklə yanaşı, həm də dərinləşdirməyə hesablanıb. Bu kontekstdə əyalətlərin prosesə qoşulması və mərkəzi hakimiyyətdən asılı olmayan müstəqil əməkdaşlıq platformalarının formalaşması da çox önəmlidir. Bu təcrübə artıq Rusiya və digər dövlətlərlə mövcuddur. Yəni hər şey yalnız mərkəzi hakimiyyətin imkanları ilə məhdudlaşmamalıdır. Əyalət rəhbərləri də maraqları çərçivəsində Azərbaycanla iqtisadi və humanitar sahələrdə əməkdaşlıq qura bilərlər. Bu baxımdan Təbriz və Culfaya dair məsələlər də məhz belə bir planın tərkib hissəsidir".


Analitikin sözlərinə görə, bütün bunlar dolayısı ilə inteqrasiyanı və xalqlarımızın yaxınlaşmasını təmin edir:

"Çünki Təbriz də, Culfa da bizim üçün doğmadır. Bu əyalətlərin Azərbaycana yaxın əməkdaşlıqda iştirak etməməsi suallar doğururdu. İndi isə İran hökumətinin siyasi iradəsi görünür: Təbriz və Culfa kimi bölgələrin eyni kökdən gələn insanların inteqrasiyasını təmin etmək, həm bu əyalətlərin inkişafına, həm də xalqların bir-birinə yaxınlaşmasına töhfə vermək niyyəti mövcuddur. Belə əməkdaşlıq forması dövlətlərarası sülhə, qarşılıqlı inkişaf perspektivinə xidmət edəcək. Bu, irəliyə doğru atılmış mühüm addımdır. Əsas məsələ odur ki, bu proses davamlı olsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri