Icma.az
close
up
RU
ADU və Qırğızıstan universitetləri arasında elmi əlaqələr genişlənir

ADU və Qırğızıstan universitetləri arasında elmi əlaqələr genişlənir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor Kamal Abdulla səfirlə görüşdə son illər Azərbaycanla Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını vurğulayıb.

Görüşdə birgə elmi konfransların həyata keçirilməsi, tələbə-müəllim mübadilələrinin vacibliyi önə çəkilib. ADU-nun bir sıra beynəlxalq elmi proqramlarla əlaqələrinin olması haqqında danışılıb. Belə elmi proqramlardan biri olan Orhun mübadilə proqramı ilə universitetin sıx əməkdaşlıq etməsi diqqətə çatdırılıb.

ADU-nun son illər artan beynəlxalq əlaqələrindən danışan rektor bu yaxınlarda iki ölkədə - Macarıstan və Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin fəaliyyətə başlaması haqqında məlumat verib.

Görüş zamanı Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması perspektivləri müzakirə olunub. ADU tələbələrinin müxtəlif xarici ölkə səfirliklərində təcrübə keçməsi haqqında qonağa məlumat verilib.

Səfir Maksat Mamıtkanov Azərbaycan-Qırğızıstan ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ADU ilə Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.

Rektor daha sonra diplomata ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib və onu tələbələrlə görüşə dəvət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri