Icma.az
close
up
RU
Əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir

Əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polad Ağakişiyev,

YAP Qazax rayon təşkilatının məsləhətçisi

Azərbaycan dünyanın qarışıq bir dövründə xarici siyasət kursunu milli maraqlara uyğun quraraq həm region ölkələri, həm də beynəlxalq aləmdə vacib tərəfdaşa çevrilib. Bölgədə söz sahibi , iqtisadi, siyasi gücə malik olan ölkəmizin nüfuzu və mövqeyi günü-gündən möhkəmlənir. Dünya ölkələrinin liderlərinin ölkəmizə çoxsaylı səfərləri, qlobal əhəmiyyətli tədbirlərin məhz respublikamızda keçirilməsi bunun əyani sübutudur.

Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Almaniyaya müntəzəm səfərləri ikitərəfli gündəmin kifayət qədər geniş olmasını sübut edir. Qeyd etmək lazımdır ki, Almaniya Avropa İttifaqında İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və cari ilin ilk rübündə dünya üzrə on ən iri ticarət tərəfdaşları arasındadır. İqtisadi əməkdaşlığın ənənəvi sahələri ilə yanaşı, alman şirkətlər Azərbaycanla yaşıl enerjiyə keçid və bərpa olunan enerji layihələrinin genişləndirilməsi sahəsində əməkdaşlıqda da xüsusilə maraqlıdır.

Aprel ayının 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Stanmayerin Azərbaycana rəsmi səfəri Azərbaycan və Almaniya münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığının əyani sübutudur. Səfər çərçivəsində mətbuata verilən bəyanatında Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Dövlətimizin Başçısı vurğuladı ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri olmuşdur. Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir. Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan - Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 dəfə səfər etmişdir. Almaniya Bundestaqının vitse - prezidentinin isə Azərbaycana       1 səfəri həyata keçirilmişdir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Stanmayerin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı, jurnalistlərin suallarını əhatəli və məzmunlu cavablandırması bir daha əminlik yaratdı ki,  ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da  yüksələn xətlə inkişaf edəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri