Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
Onun tövsiyələrini "Daily Mirror" nəşri dərc edib.
Əmir Xanın sözlərinə görə, günə bir stəkan su ilə başlamaq lazımdır, çünki yuxudan sonra orqanizm maye çatışmazlığı yaşayır. Həmçinin həkim səhər ən azı 10-20 dəqiqəlik küçəyə çıxmağı tövsiyə edib, çünki günəş işığı bioloji saatını tənzimləməyə, yuxunu yaxşılaşdırmağa və gün ərzində enerji səviyyəsini artırmağa kömək edir.
Mütəxəssis daha bir faydalı vərdiş kimi ot üzərində ayaqyalın gəzməyi göstərib. Onun sözlərinə görə, belə təcrübə ayaqlarda sinir uclarını stimullaşdırır, tarazlığın inkişaf etdirməyə və rahatlamağa kömək edir. Bundan əlavə, həkim təbiətin səslərini, məsələn, quşların oxumasını dinləməyi tövsiyə edib, çünki bunlar stresi azaltmaq və əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün faydalıdır.
Həkimin son məsləhəti isə aramla və dərindən beş dəfə nəfəs almaqdır. Onun sözlərinə görə, bu texnika parasimpatik sinir sistemini aktivləşdirməyə, ürək döyüntüləri tezliyini azaltmağa və stresin orqanizmə təsirini azaltmağa kömək edir. /Oxu.az/
Baxış sayı:171
Bu xəbər 10 İyul 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















