Əlavə zolaq yaradan sürücülər; biri hələ siqnal verib yol istədi və maşına ziyan vurdu VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Tbilisi prospektində qayda pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib.
Hadisə noyabrın 25-i, saat 17:04 radələrində qeydə alınıb. Belə ki, 99-GQ-607 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü iki zolağın ortasında hərəkət edərək həm təhlükə yaradıb, həm də digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Üstəlik, o, digər sürücülərin ona yol verməsi üçün uzaqvuran işıqları yandırıb və dəfələrlə siqnal verib. Şikayətçi bildirir ki, tıxacda gözləmək istəməyən sürücü əlavə zolaq yaradaraq sıxlığı daha da artırıb və hərəkətdə olarkən avtomobilin sağ güzgüsünə də ziyan vurub.
Eyni zamanda kadrda 10-VZ-067 dövlət nömrə nişanlı “VAZ-2112” markalı avtomobilin sürücüsünün də “Changan”ın arxasınca hərəkət edərək eyni qayda pozuntusuna yol verdiyi aydın şəkildə görünür.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















