Icma.az
close
up
RU
“Əlcəzair Azərbaycanı həqiqi və dəyərli tərəfdaş kimi görür” Səfir

“Əlcəzair Azərbaycanı həqiqi və dəyərli tərəfdaş kimi görür” Səfir

Icma.az bildirir, 525.az portalına istinadən.

Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının Milli Bayramı - İnqilab Gününün 71-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, qəbulda çıxış edən Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyyə İğil bildirib ki, yetmiş bir il öncə Əlcəzair xalqı bir əsrdən çox davam edən müstəmləkə hakimiyyətindən sonra azadlıq və ləyaqətini bərpa etmək üçün birlik və cəsarətlə ayağa qalxdı. 1 noyabr İnqilabı sadəcə bir itaətsizlik aktı deyil, ədalətə, müstəqilliyə və azadlığa inamın bəyannaməsi idi.

“Əlcəzair uzun və əzablı bir mübarizədən və böyük qurbanlardan sonra 5 iyul 1962-ci ildə suverenliyini bərpa etdi. Qələbəmiz təkcə bir millətin zəfəri deyil, eyni zamanda, hələ də öz müqəddəratını təyin etmək arzusunda olan bütün xalqlar üçün bir ümid mesajı oldu. Əlcəzair İnqilabı Afrika, Asiya və Latın Amerikasında azadlıq hərəkatlarının yolunu işıqlandıraraq dözümlülük və ilham simvoluna çevrildi.

Bu gün biz həmin mübarizənin şəhidlərinin və qəhrəmanlarının xatirəsini ehtiramla yad edərkən, həm də öz təməl dəyərlərinə, azadlığına, birliyinə, həmrəyliyinə sadiq qalan, gələcəyə inamla baxan bir xalqı anırıq.

Müstəqilliyin yetmiş onilliyi ərzində Əlcəzair bütün sahələrdə, siyasi, iqtisadi və sosial sahədə davamlı tərəqqiyə nail olub”, - səfir bildirib.

O, əlavə edib ki, prezident Əbdülməcid Tebbunun rəhbərliyi altında ölkə öz qurumlarını müasirləşdirmək, iqtisadiyyatını şaxələndirmək və innovasiya və investisiyaları təşviq etmək məqsədilə genişmiqyaslı islahatlar həyata keçirir:

“Əlcəzair imkanlar ölkəsidir, təbii sərvətlərlə zəngin olmaqla yanaşı, xalqının əzmi və yaradıcılığı ilə daha da zəngindir. Gənc əhalisi, dinamik özəl sektoru və Afrika, Ərəb dünyası və Aralıq dənizini birləşdirən strateji mövqeyi ilə Əlcəzair regionlar arasında əməkdaşlıq və dialoq körpüsü kimi önəmli rol oynayır. Beynəlxalq arenada Əlcəzair ədalətli səbəbləri dəstəkləməyə, çoxtərəfliliyi və beynəlxalq əməkdaşlığı təşviq etməyə qətiyyətlə sadiq qalaraq, sülh, dialoq və həmrəyliyin carçısı kimi konstruktiv rolunu davam etdirir”.

Zəkiyyə İğil söyləyib ki, bu il Əlcəzair və Azərbaycan arasında diplomatik münasibətlərin 31 illiyini qürurla qeyd edirik:

“1994-cü ildə münasibətlərimizin qurulmasından bəri, qarşılıqlı hörmət, dostluq və suverenliyin qorunması, daxili məsələlərə müdaxilə etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququnu da əhatə edən ortaq prinsiplərə əsaslanan əməkdaşlığımızı davam etdiririk. Son üç onillikdə Əlcəzair və Azərbaycan arasında etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurulub ki, bu da bizim beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində sıx əməkdaşlığımızda öz əksini tapıb. Son illərdə ikitərəfli əməkdaşlığımız yüksək səviyyəli səfərlərin fəal mübadiləsi və müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsi ilə yeni mərhələyə yüksəlib. Bu nailiyyətlər hər iki ölkənin tarixi dostluq əlaqələrini dinamik və qarşılıqlı faydalı tərəfdaşlığa çevirmək istiqamətində səmimi iradəsini əks etdirir.

Prezident İlham Əliyevin 2022-ci ildə Əlcəzairə tarixi səfəri Əlcəzair-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu səfər böyük əhəmiyyət daşıyırdı və siyasi dialoq, iqtisadi tərəfdaşlıq və qarşılıqlı mədəni anlaşmaya dair ortaq öhdəliklərimizi yenidən təsdiqi kimi tarixə düşdü”.

Səfir əlavə edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 3-4 noyabr tarixlərində Əlcəzairə ilk rəsmi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açdı və hər iki ölkənin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək istiqamətində güclü siyasi iradəsini bir daha təsdiqlədi:

“Bu münasibətlə, həmin səfər çərçivəsində ölkələrimiz arasında strukturlaşdırılmış və uzunmüddətli əməkdaşlıq üçün möhkəm institusional zəmin formalaşdıran İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasına dair mühüm Saziş imzalanıb.

Bu ilin aprel ayında Əlcəzair ölkələrimizin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci sessiyasına ev sahibliyi etdi. Bu məsləhətləşmələr ortaq maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparmaq və bərpa olunan enerji, ali təhsil və texnoloji innovasiyalar da daxil olmaqla, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün mükəmməl bir imkan yaratdı.

Bütün bu müsbət nailiyyətlər Əlcəzair və Azərbaycanın ortaq qətiyyət, qarşılıqlı etimad və gələcəyə yönəlmiş ümumi baxışla birgə irəlilədiyini əyani şəkildə nümayiş etdirir”.

Səfir deyib ki, qürurlu, dözümlü və gələcəyə inamla baxan Əlcəzair xalqı, azadlıq, ədalət və həmrəylik kimi, İnqilabının ali ideallarını təcəssüm etdirən bir dövlət qurmaq yolunda sarsılmaz qətiyyət nümayiş etdirir: “Bu yolda biz Azərbaycanı, ümumi dəyərləri və bir-birini tamamlayan istəkləri paylaşdığımız həqiqi və dəyərli tərəfdaş kimi görürük. Biz birlikdə iqtisadi əlaqələrimizi daha da gücləndirə, mədəni mübadilələrimizi genişləndirə və təkcə regionlarımızda deyil, həm də daha geniş beynəlxalq müstəvidə sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə öz töhfəmizi verə bilərik.

Arzu edirəm ki, Əlcəzair və Azərbaycan arasındakı möhkəm dostluq əlaqələri daha da dərinləşib çiçəklənməyə davam etsin, xalqlarımız daim sülh, firavanlıq və həmrəylik şəraitində yaşasınlar”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Milli Gün münasibətilə təbriklərini çatdırıb. Nazir deyib ki, Əlcəzair xalqı amansız müstəmləkəyə siyasətinə qarşı mübarizə aparıb, 1,5 milyon şəhidin qanı bahasına azadlığını əldə edib. O, iki ölkənin əlaqələrinin tarixinə toxunub, deyib ki, hələ ötən əsrdə Azərbaycan neftçilərinin, mədəniyyət xadimlərinin bu ölkədə fəaliyyəti, eləcə də əlcəzairli gənclərin Azərbaycanda təhsil almaları münasibətlərimizin möhkəm təmələ əsaslandığını göstərir:

“Azərbaycan və Əlcəzair xalqları arasında sovet dövründən mövcud olan dostluq əlaqələri bu gün dövlət başçılarının siyasi iradəsinə uyyğun olaraq uğurla inkişaf edir. Prezidenti İlham Əliyevin 2022-ci ildə Əlcəzairə səfəri ölkələrimiz arasındakı münasibətlərin tarixində yeni səhifə açmış oldu. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Siyasi məsləhətləşmələr münasibətlərimizin davamlılığına öz töhfəsini verir. İnanırıq ki, dostluğa və xoş ənənələrə əsaslanan Azərbaycan və Əlcəzair münasibətləri möhkəm təməllər və geniş imkanlar əsasında bundan sonra da ölkələrimizin rifahına xidmət edəcək”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri