Icma.az
close
up
RU
“Macarıstan Aİ perspektivindən də Azərbaycanı uğurlu tərəfdaş kimi görür”

“Macarıstan Aİ perspektivindən də Azərbaycanı uğurlu tərəfdaş kimi görür”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan-Macarıstan hər zaman ikitərəfli münasibətlərin inkişafında maraqlı olub. Bakı ilə Budapeşt arasında siyasi əlaqələrin inkişafı bütün başqa sahələrə də müsbət təsir göstərir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstan hər zaman Aİ perspektivindən də Azərbaycanı uğurlu tərəfdaş  kimi görür.  Bu vaxta qədər ölkələrimiz arasında 50-dən çox sənəd imzalanıb. Tərəflər beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, cari ilin aprelində dost Macarıstan Avropa İttifaqının Ermənistana 10 milyon avro dəyərində əlavə hərbi yardım ayırmasına veto qoyub.Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. 

Yeri gəlmişkən, bu ölkəyə səfər edən Prezident İlham Əliyev də Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırıb. Macarıstan bu gün Aİ məkanında kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarmaqla fərqlənir. 

Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı  çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur. 

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Xüsusilə enerji sahəsində Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu ölkənin baş naziri Viktor Orban da öz növbəsində bəyan etdi ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bu ölkənin yanında olub. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox maliyyə sərf etməli olardı.

Macarıstan həm də Azərbaycanın neft yataqlarında paya malikdir. Rəsmi Budapeşt bunu təkcə iqtisadi baxımdan deyil, mənəvi baxımdan da vacib hesab edir. Belə ki, Viktor Orban da qeyd etdi ki, məhz bu dostluq sayəsində onun ölkəsi özünü daha az mürəkkəb və həssas vəziyyətdə hiss edir.

Azərbaycan ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Prezident İlham Əliyev Viktor Orbanla görüş zamanı da qeyd etdi ki, “biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək”. 

Azərbaycanla Macarıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq edir. Bu ölkə 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab etdiyi üçün rəsmi Budapeştin sözügedən təşkilatda təmsil olunmağa tam haqqı çatır. Budapeştdə keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə rəqəmsallaşma, enerji əməkdaşlığı, eləcə də mədəni irsin qorunması sahəsində koordinasiyanın dərinləşdirilməsi təşəbbüsü bir daha dəstəkləndi. 

Qeyri-rəsmi zirvə görüşünün yekununda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.

Üzv dövlətlər bir daha onların birliyini və həmrəyliyini pozmağa yönəlmiş istənilən təhdidlərin qarşısının alınması ilə bağlı qətiyyətli mövqe ifadə etdilər.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri