Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Əlcəzair sentyabrın 11-də yerli vaxtla saat 00:00-dan etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatda olan bütün mülki və hərbi təyyarələrin ölkəyə giriş və ölkədən çıxışı üçün hava məkanını bağlayacaq.
APA xəbər verir ki, bu barədə Əlcəzairin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qərara əsasən, BƏƏ-nin Əlcəzairdəki Houari Bumedyen Beynəlxalq Hava Limanına həyata keçirilən mülki kommersiya uçuşlarına istisna tətbiq olunacaq.
Bu reyslər müvafiq müqavilənin 2026-cı ilin sonunadək qüvvədə olduğu müddətdə davam edəcək.
Qeyd edək ki, sentyabrın 10-da Əlcəzair Xarici İşlər Nazirliyi təxribatçı və düşmənçilik xarakterli hərəkətlərin artmasına cavab olaraq BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəldiyini açıqlayıb.
Nazirlik qərarın ikitərəfli əlaqələri qorumaq üçün bütün vasitələr tükəndikdən sonra qəbul edildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Sentyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















