Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Rəsmi Paris müstəmləkəçilik dövründə Əlcəzair səhrasında həyata keçirilən nüvə partlayışlarının təmizlənməsi üçün bütün məsuliyyəti üzərinə götürməlidir.
"Report"un Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu həmin ökənin Millət Şurasının (parlamentin yuxarı palatası) sədri Saleh Qujil deyib.
"Ölkəmizin mövqeyi Fransanın müstəmləkəçilik dövründə Əlcəzair səhrasında fransız müstəmləkəçilərinin həyata keçirdikləri nüvə partlayışlarının nəticələrinin aradan qaldırılması üçün tam məsuliyyət daşımasını tələb edir", - o deyib.
"Əlcəzair xalqı, xüsusən partlayışların baş verdiyi regionların sakinləri bu günə qədər onların dağıdıcı nəticələrindən əziyyət çəkməkdə davam edirlər", - Qujil vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Yanvar 2025 04:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















