Icma.az
close
up
RU
Əlcəzair Fransadan müstəmləkə dövrünə görə təzminat tələb edir

Əlcəzair Fransadan müstəmləkə dövrünə görə təzminat tələb edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 31 yanvar, AZƏRTAC

Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali ölkəsində Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtının çatdığını bildirib.

AZƏRTAC Əlcəzair KİV-lərinə istinadla xəbər verir ki, Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını bildirib.

“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali bildirib.

Parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib.

Qeyd edilməlidir ki, qanun layihəsinin mətni Fransada 2005-ci ildə qəbul edilmiş və bu ölkənin müstəmləkələrdə rolunu müsbət dəyərləndirən qanuna cavab olaraq hazırlanıb. 2008-ci ildə Əlcəzair parlamentində bir neçə deputat onu müzakirəyə çıxarmağa təşəbbüs göstərsə də, keçmiş hakimiyyətin müəyyən siyasi baxışlarına görə bu reallaşmayıb.

Əlcəzair parlamentində müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri