Icma.az
close
up
RU
Əlcəzair müstəmləkəçilikdə ittiham etdiyi Fransa ortaq maraqlarımız var deyib

Əlcəzair müstəmləkəçilikdə ittiham etdiyi Fransa ortaq maraqlarımız var deyib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Fransa hökuməti Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Fransanı müstəmləkəçi rəftarını davam etdirməkdə günahlandırdığı çıxışına birbaşa cavab verməkdən çəkindi və iki ölkə arasında "ortaq maraqların" olduğunu vurğuladı.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin iki ölkə arasındakı əlaqələrə dair verdiyi yazılı açıqlamada, Əlcəzair prezidenti Tebbunun keçmiş Fransa müstəmləkəsi olan ölkəsinin müstəqillik prosesi zamanı törətdiyi cinayətlərin tanınmasını tələb etdiyi və Fransanı müstəmləkəçilik mövqeyini davam etdirməkdə ittiham etdiyi çıxışını şərh etməkdən yayınıb.

Bəyanatda “Əlcəzair prezidentinin sözləri onun özünə məxsusdur” və iki ölkəni “sıx humanitar əlaqələr və ortaq maraqlar” birləşdirdiyi bildirilib.

Bəyanatda ortaq maraqlarla yanaşı, regional təhlükəsizlik məsələlərində Əlcəzairlə "ortaq narahatlıqların" paylaşıldığı qeyd edilib və Fransanın bu ölkə ilə müxtəlif sektorlarda əlaqələri inkişaf etdirmək istədiyi və dialoqun "vacib" olduğu vurğulanıb.

Tebbun 30 dekabr 2024-cü il tarixli çıxışında Fransanı müstəmləkəçi rəftarını davam etdirməkdə günahlandırıb və sərt şəkildə tənqid edib.

15 dekabr 2024-cü ildə Əlcəzair Fransa kəşfiyyatını “ölkədə sabitliyi sarsıtmaq üçün köhnə terror strukturlarını yenidən işə salmağa çalışmaqda” ittiham edib və Fransanın Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı.

Fransanın xarici işlər naziri Jean-Noel Barrot Əlcəzairin ölkəsinə qarşı "sabitliyi pozmaq" ittihamlarını "əsassız və fantaziya" adlandırıb.

Fransanın suverenlik mübahisələrinin olduğu Mərakeşin Qərbi Sahara bölgəsi üçün Mərakeş lehinə muxtariyyət planını dəstəklədiyini elan etməsi, bölgədəki müstəqillik tərəfdarlarını dəstəkləyən Əlcəzairlə münasibətləri gərginləşdirib. Əlcəzair Fransanın Qərbi Sahara addımına cavab olaraq 2024-cü ilin iyulunda Parisdəki səfirini geri çağırıb.

Qərbi Saharadan kənarda iki ölkə arasında həllini gözləyən tarixi problemlər də var. Bu problemlərə Fransa hakimiyyətinin illərdir qaytarmaqdan imtina etdiyi Əlcəzair arxivi və Parisdəki İnsan Muzeyində xalq inqilabı liderlərinin kəllələrinin qaytarılması, nüvə sınaqları qurbanlarına təzminat ödənilməsi daxildir. Fransa tərəfindən 1960-1966-cı illər arasında Əlcəzair səhrasında həyata keçirilən və Müstəqillik Müharibəsi (1954) 1962-ci ildə müharibə zamanı itkin düşən 2200 nəfərin taleyinə aydınlıq gətirilməsini əhatə edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri