Icma.az
close
up
RU
Əlcəzair Fransa münasibətlərində gərginlik...

Əlcəzair Fransa münasibətlərində gərginlik...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris soyqırıma məruz qoyduğu ölkəyə qarşı yenidən hərəkətə keçir

Yeni ilin ilk günlərindən başlanan Əlcəzair ilə Fransa arasında gərginlik pik həddə çatıb. Belə ki, Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib. Fransanın cənubundakı Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloger yanvarın 4-də “TikTok”dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik asılılığına qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.

Məsələyə münasibət bildirən Fransanın daxili işlər naziri Bruno Retayo isə deyib ki, Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli blogeri qəbul etməməklə Fransanı alçaltmağa çalışır. “Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq”, - qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.

O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon avro təşkil edir.

Makron hakimiyyətinin növbəti ifşası...

Göründüyü kimi, Makron hakimiyyətinin apardığı siyasət artıq tam şəkildə ifşa olunur. Ard-arda dövlətlər, xüsusilə Afrika ölkələri Makron hakimiyyətinin iç üzünü ifşa edir, Parisin kolonialist siyasət yürütdüyünü faktlarla sübuta yetirir. Bunun nəticəsidir ki, son 1 ildə Fransa silahlı birləşmələri artıq bir neçə Afrika ölkəsini tərk etmək məcburiyyətində qalıb - bu ölkələr, yeni mərhələdə özünün iqtisadi azadlıqlarını da əldə ediblər. Bu günə qədər sümürgəçi siyasətə və soyqırıma məruz qoyulmuş, milli sərvətləri talan edilmiş ölkələr artıq Parisə qarşı açıq etiraz səslərini ucaldırlar. Həmin ölkələrdəki soyqırımı abidələri Fransanın insanlıq əleyhinə cinayətlərinin maddi dəlilidir.

Təbii ki, bu işdə Azərbaycanın rolu böyükdür. Ölkəmizin təşəbbüsü ilə başlanan Bakı Təşəbbüs Qrupu hərəkatı bütün dünyada Fransa kolonializminin ifşasında mühüm rol oynayıb. Bu mənada, Əlcəzair də Fransa işğalına, soyqırımına məruz qalan ölkələrdəndir. Vurğulanmalıdır ki, 2022-ci ildə Əlcəzairdə baş tutan Ərəb Dövlətləri Liqasının 31-ci sammitinə Fəxri Qonaq qismində dəvət alan Prezident İlham Əliyev səfər çərçivəsində Prezident İlham Əliyev Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdi. Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb.

“1,5 milyon şəhid ölkəsi”...

Vurğulandığı kimi, Fransanın işğalçı izləri demək olar ki, Afrikanın bir çox ölkəsində, o cümlədən Əlcəzairdə hələ də qalmaqdadır. 1984-cü ildə açılmış adıçəkilən muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Əlzairin azadlığ mübarizəsi də olduqca böyük imtahanlardan və qurbanların verilməsindən keçib. Bu mənada, Fransanın Əlcəzairdə törətdiyi soyqırımı, azadlıq mübarizəsini boğmaq cəhdi tarixi və bəşəri cinayətdir. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də, Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə, 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirib. Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi görünür ki, davam etməkdədir.

Fransanın nüvə təcrübələri...

Fransa Əlcəzairi yalnız soyqırımına məruz qoymayıb - bu ölkə həm də Parisin ən qorxunc təcrübələrinin məkanı kimi seçilib. Fransanın Əlcəzairdə sınaqdan keçirdiyi 17 atom bombasından çıxan radioaktiv tullantılar Əlcəzairə böyük ziyan vurub. Parisin 1960-1978-ci illərdə Əlcəzairdə sınaqdan keçirdiyi 17 atom bombasının radioaktiv təsiri hələ də bu ölkəyə zərər verməkdə davam edir. BMT-nin nüvə silahına sahib olmasına icazə verən 5 daimi üzvdən biri olan Fransa 1960-cı ildə ilk atom bombasını istehsal edərək Cənubi Əlcəzair səhralarında sınaqdan keçirib. 1966-cı ildə Əlcəzair xalqının və dünyanın reaksiyası ilə Fransa bu ölkə ərazisində nüvə sınaqlarını dayandırdığını elan etdi. Bununla belə, 1997-ci ildə məlum oldu ki, Fransa bu ölkənin ərazisində 1978-ci ilə qədər gizli şəkildə nüvə sınaqlarını davam etdirib, ümumilikdə Əlcəzair səhralarına 17 atom bombası atıb.

Bu atom bombalarının atıldığı səhra bölgələrində əhali olmasa da, bombalar böyük bir əraziyə təsir etdiyi üçün bu təcrübələr Əlcəzair və qonşu ölkələrin xalqına böyük ziyan vurdu.

Atom bombalarının atıldığı Sahara səhrasının Əlcəzair ərazisində yaranan səhra tufanları tez-tez radioaktiv tullantıları əhalinin sıx məskunlaşdığı şimal bölgələrinə aparır. 2021-ci ilin fevralında bu sınaqların radioaktiv qalıqlarını daşıyan səhra fırtınası radioaktiv tullantıları Cənubi Əlcəzairdən sıx məskunlaşan Şimali Əlcəzair xəttinə apararaq səmanı narıncı rəngə boyadı.

S.İSMAYILZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri