Icma.az
close
up
RU
Əlcəzair və Avstriya yenidən üz üzə: 44 illik tarixi kin Araşdırma

Əlcəzair və Avstriya yenidən üz üzə: 44 illik tarixi kin Araşdırma

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turu çərçivəsində Əlcəzair və Avstriya seçmələri üz-üzə gələcək. 

“Yeni Sabah” xəbər verir ki, J qrupundakı əvvəlki 2 oyunda hərəyə 3 xal toplayan tərəflər növbəti mərhələyə vəsiqəni təmin etmək uğrunda ölüm-qalım mübarizəsinə çıxacaq.

Bu görüş futbol azarkeşləri üçün həm də 44 il əvvəl baş verən “Xixon rüsvayçılığı”nın da revanşıdır. Dördpendirli pizza

Avstriya və Əlcəzairin yolları dünya futbol tarixinə "Xixon rüsvayçılığı" (Disgrace of Gijón) kimi düşən və bütöv bir idman növünün qaydalarını dəyişdirən ən qalmaqallı hadisədə kəsişib.

1982-ci ildə İspaniyada keçirilən dünya çempionatının debütantı olan Əlcəzair qrup mərhələsinin ilk oyununda turnirin əsas favoriti sayılan Qərbi Almaniyanı (AFR) 2:1 hesabı ilə məğlub edərək böyük bir sensasiyaya imza atmışdı. İkinci oyunda onlar Avstriyaya 0:2 hesabı ilə uduzsalar da, son matçda Çilini 3:2 hesabı ilə məğlub etdilər.

O dövrün qaydalarına görə, qrup oyunları eyni saatda keçirilmirdi. Əlcəzair son oyununu Avstriya-Qərbi Almaniya matçından bir gün əvvəl bitirmişdi və növbəti mərhələyə keçmək üçün digər iki komandanın oyununun nəticəsini gözləməli idi.

25 iyun 1982-ci ildə Xixon şəhərində keçirilən Avstriya-Qərbi Almaniya matçının riyazi hesablamalarına görə, Qərbi Almaniyanın 1 və ya 2 topluq fərqlə qələbəsi həm Almaniyanı, həm də Avstriyanı növbəti mərhələyə daşıyırdı. Bu halda isə Əlcəzair top fərqinə görə qrupda qalırdı.

Oyunun 10-cu dəqiqəsində alman hücumçusu Horst Hrubeş hesabı açdı (1:0). Bu qoldan sonra hər iki komanda oyunu tamamilə dayandırdı. Futbolçular qalan 80 dəqiqəni sadəcə meydanın mərkəzində topu bir-birinə ötürməklə, heç bir hücum etmədən və mübarizə aparmadan başa vurdular.

Matç stadiondakı azarkeşlərin və idman ictimaiyyətinin böyük qəzəbinə səbəb oldu. İspan azarkeşlər "Çıxın çölə!", əlcəzairli azarkeşlər isə pulları havaya yelləyərək "Rüşvət!" deyə qışqırırdılar. Hətta bəzi alman azarkeşlər öz komandalarının bu hərəkətindən utandığı üçün tribunalarda Almaniya bayrağını yandırmışdılar.

Almaniyalı teleşərhçi Eberhard Ştanyek oyunu şərh etməkdən imtina edərək susdu, Avstriyalı şərhçi Robert Zeqer isə tamaşaçılara televizorları söndürməyi məsləhət gördü.

Əlcəzair Futbol Federasiyası rəsmi etiraz etsə də, FIFA reqlamentin pozulmadığını əsas gətirərək oyunun nəticəsini qüvvədə saxladı və Əlcəzair turnirdən kənarlaşdırıldı. Bu rüsvayçı hadisədən sonra FIFA qaydaları dəyişmək məcburiyyətində qaldı. O vaxtdan bəri böyük turnirlərdə qrup mərhələsinin son oyunları manipulyasiyaların qarşısını almaq üçün eyni gündə və eyni saatda keçirilir.

44 il sonra bu iki komandanın yenidən qarşılaşması, Əlcəzair üçün həm də o tarixi ədalətsizliyin unudulmayan xatirəsini yenidən yaşamaq deməkdir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri