Icma.az
close
up
RU
Əlcəzair XİN Fransa Milli Assambleyasının qərarına münasibət bildirib

Əlcəzair XİN Fransa Milli Assambleyasının qərarına münasibət bildirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 4 noyabr, AZƏRTAC

Fransa Milli Assambleyasının 1968-ci il Fransa–Əlcəzair sazişini ləğv etməyə çağıran qətnaməni qəbul etməsi qarşı ölkədə soyuq, lakin kinayəli reaksiya ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attaf məsələni tamamilə fransızların daxili işi adlandıraraq bildirib ki, qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin saziş hökumətlərarası beynəlxalq razılaşmadır. “Böyük bir ölkənin seçki yarışında başqa bir ölkənin tarixini alətə çevirməsi təəssüf doğurur”, - deyə Əlcəzairin baş diplomatı deyib.

Nazir “AL24 News” telekanalına müsahibəsində Fransa parlamentində baş verənləri “seçki məqsədli siyasi oyun” kimi qiymətləndirib. “Bu, Əlcəzairə aid məsələ deyil. Bu, Fransa Milli Assambleyası ilə Fransa hökuməti arasında olan daxili məsələdir. Açığı, belə bir mövzu üzərində seçki yarışına girən ölkəni izləmək məyusedicidir,” – deyə Ə.Attaf vurğulayıb. O, hadisəni istehzalı şəkildə cılız adlandıraraq, Fransa siyasətçilərinin populist rəqabətinə eyham vurub.

Fransa Milli Assambleyası Milli Birlik Partiyası (Rassemblement National-RN) tərəfindən irəli sürülən qətnaməni cəmisi bir səs fərqi ilə qəbul edib. Qətnamə 1968-ci ildə imzalanmış Fransa–Əlcəzair immiqrasiya sazişinin ləğvini tələb edir. Səsvermə zamanı RN-ə sağ mərkəzçi partiyalar – Respublikaçılar (LR) və “Horizons” partiyasının deputatları da dəstək veriblər.

Sənəd hüquqi baxımdan məcburi olmayıb, simvolik xarakter daşıyır və iki ölkə arasında onsuz da gərgin olan diplomatik münasibətləri daha da mürəkkəbləşdirə bilər.

Fransa ilə Əlcəzair arasında 1968-ci ildə imzalanmış saziş Əlcəzair vətəndaşlarına Fransa ərazisində immiqrasiya və yaşayış üçün xüsusi üstünlükləri ehtiva edir. Bu razılaşma əsasında Əlcəzair vətəndaşları üçün viza və iş icazələri digər ölkələrdən fərqli, daha asan prosedurlarla əldə edilir.

Son illərdə Fransa siyasətində sağ qüvvələr bu sazişi “imtiyazlı və ədalətsiz rejim” kimi tənqid edərək, onun ləğvini tələb edirlər.

“Məsələ yalnız o halda rəsmi diplomatik problemə çevrilə bilər ki, Fransa hökuməti sazişin ləğvi barədə rəsmi bildiriş göndərsin”, - deyə Əhməd Attaf bildirib.

Ekspertlərə görə, RN-in bu təşəbbüsü 2027-ci il Fransa prezident seçkilərinə yönəlmiş populist manevrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri