Icma.az
close
up
RU
Elçibəy naxçıvanlı deyilmiş Qardaşı oğlu TƏSDİQLƏDİ

Elçibəy naxçıvanlı deyilmiş Qardaşı oğlu TƏSDİQLƏDİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.
Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.
Modern.az Elçibəyin əsil-nəcabəti ilə bağlı iddialara aydınlıq gətirilməsi üçün sabiq eks-prezidentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb.

Elçibəyin qaradaşı oğlu əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni hər iki tərəf naxçıvanlı deyil:

“Ana tərəfimiz Qərbi Azərbaycandan - Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində - 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar”.

Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan - Ərdəbildən olduqlarını qeyd edib:

“Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiəddinin Ərdəbilininin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy şəcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır. 
Mən özüm də soyumuzun kökü ilə maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib... Elçibəy seyid nəslindəndir. Lakin biz seyid nəslindən olduğumuzu göstərən “mir” sözönünü götürməmişik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri