Icma.az
close
up
RU
Qardaşı oğlu təsdiqlədi: Elçibəy naxçıvanlı deyilmiş

Qardaşı oğlu təsdiqlədi: Elçibəy naxçıvanlı deyilmiş

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.

Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.

Globalinfo.az bildirir ki, Modern.az Elçibəyin əsil-nəcabəti ilə bağlı iddialara aydınlıq gətirilməsi üçün sabiq eks-prezidentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb.

Elçibəyin qaradaşı oğlu əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni hər iki tərəf naxçıvanlı deyil:

“Ana tərəfimiz Qərbi Azərbaycandan – Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində – 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar”.

Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan – Ərdəbildən olduqlarını qeyd edib:

“Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiəddinin Ərdəbilininin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy şəcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır.

Mən özüm də soyumuzun kökü ilə maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib… Elçibəy seyid nəslindəndir. Lakin biz seyid nəslindən olduğumuzu göstərən “mir” sözönünü götürməmişik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri