Icma.az
close
up
RU
Elçibəyin köməkçisi Şahlar Əsgərova CAVAB VERDİ

Elçibəyin köməkçisi Şahlar Əsgərova CAVAB VERDİ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında aktiv iştirak etmiş "91-lər"in üzvü, sabiq deputat Şahlar Əsgərovun mərhum eks-prezident Əbülfəz Elçibəy haqda fikirlərinə qarşı tərəfdən reaksiya gəlib. 

Xatırladaq ki, Ş.Əsgərov Elçibəyi "91-lər"in çağırışına qoşularaq mərhum dövlət başçısı Heydər Əliyevi Bakıya dəvət edən "92-ci ziyalı" adlandırıb.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə və ondan sonra köməkçisi olmuş Oqtay Qasımov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. 
 

O bildirib ki, siyasi məsələlərə Şahlar Əsgərovdan fərqli yanaşırlar:
 

“Şahlar Əsgərov Azərbaycanın tanınmış ziyalısıdır. Onun özünün siyasi mövqeyi olub. Parlamentin üzvü, Təhsil komissiyasının sədri olub. Siyasi proseslərə öz baxışı, düşüncəsi var. Biz də buna hörmətlə yanaşırıq.
“91-lər” bir qrup ziyalı idi, onlar Heydər Əliyevə siyasi hakimiyyətə qayıtması üçün müraciət etmişdilər. Onun yaratdığı partiyada təmsil olunurdular. Heydər Əliyev hakimiyyətə gələndən sonra onların əhəmiyyətli hissəsi bu və ya digər formada dövlət qurumlarında, parlamentdə müəyyən vəzifələr tutdular. 
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı çox fikirlər söylənib. 1993-cü ildə Azərbaycanda Rusiya və İran tərəfindən planlaşdırılan dövlət çevirilişinə cəhd olub. Gəncədə Sürət Hüseynovun başçılığı ilə qiyam qaldırılıb. Rusiya və İran məhz vətəndaş müharibəsi ilə hakimiyyəti dəyişməyə cəhd etdilər. Əbülfəz Elçibəy də vətəndaş müharibəsi baş verməsin və Azərbaycanda xarici qüvvələrin planları həyata keçməsin deyə, Heydər Əliyevlə hakimiyyətə gəlməsi üçün əməkdaşlıq edib.
Hər kəsin bu məsələyə öz yanaşması var. Şahlar Əsgərovla bizim məsələlərə, siyasi proseslərə baxışımız fərqlidir. Şahlar Əsgərov məsələyə başqa cür yanaşır və Əbülfəz Elçibəyin rolunu belə dəyərləndirir. Təbii ki, Əbülfəz Elçibəy təsadüfən Heydər Əliyevi Bakıya dəvət etmədi. Bunu ölçdü-biçdi və Azərbaycan dövlətinin müstəqilliyinin davam etməsi üçün o varianta üstünlük verdi. Əks halda Rusiya tərəfindən planlaşdırlan dövlət çevrilişinə görə Ayaz Mütəllibov, Sürət Hüseynov və ya o zaman bəlli şəxslərdən hansınasa hakimiyyət ötürülməliydi. Həmin şəxslər hakimiyyəti ələ keçirsə, Azərbaycanın müstəqilliyi ilə bağlı problemlər yaşana bilərdi".
 

O.Qasımov Şahlar Əsgərovun Elçibəydən prezident kimi yox, ziyalı olaraq bəhs etməsinə də münasibət bildirib:
"Qeyd etdim ki, hər kəsin məslələrə yanaşmada öz düşüncəsi var. Buna hörmətlə yanaşmaq lazımdır. Təbii ki, Əbülfəz Elçibəy ziyalı idi və Azərbyacanın elm mühitində qəbul olunurdu. Əbülfəz Elçibəyin həm elm sahəsində gördüyü işlər, həm də siyasətdə qoyduğu mövqe, cərəyan bəllidir. Elçibəy yalnız ziyalı deyildi, həm də siyasi xadim idi. 70-ci illərdə məhz siyasi baxışlarına görə həbs edilmişdi. O, Azərbaycanın ilk dissidentlərindən də sayıla bilər. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsi kimi böyük siyasi təşkilat qurub, milli azadlıq hərəkatına rəhbərlik edib. Məhz onun liderliyi ilə Azərbaycanın müstəqilliyi əldə olunub, Xalq Cəbhəsi hakimiyyətə gəlib, dövlət quruculuğu sahəsində islahatlar həyata keçirilib, Azərbaycanın milli pulu dövriyəyə buraxılıb, rus qoşunları ölkəmizdən çıxarılıb. Bununla bağlı uzun danışmaq olar.
Bu baxımdan Əbülfəz Elçibəy elm adamı olduğu qədər, ilk növbədə siyasətçidir. Azərbaycan dövlətinin prezidenti olub. Kimin bu məsələyə necə baxmağından asılı olmayaraq, onun prezidentliyi dövründə bir sıra ciddi nəticələr əldə olunub. Bu baxımdan Əbülfəz Elçibəy Azərbaycanda dövlət adamı kimi qəbul olunur, tarixdə də siyasi xadim olaraq qalacaq, nəinki elm adamı kimi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri