Icma.az
close
up
RU
Şahlar Göytürk 50

Şahlar Göytürk 50

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən biz cürbəcür parıltılara aldanıb yanından ötüb-keçdiyimiz xəzinəni görmürük.

Sanki yalançı parıltılar gözlərimizi qamaşdırıb kor edir. Elmimizdən nə qədər gileylənsək də, dərin təfəkkürlü, öz
sahəsinin bilicisi, yenilikçi, öz halal zəhməti ilə ucalan alimlərimiz
yetərincədir. Sizə onlardan biri – Şahlar Göytürk haqqında söhbət
açmaq istəyirəm. Əvvəlcə həyat yoluna işıq tutaq.
Şahlar Göytürk filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997 – 2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
əyani aspirantı olub. 2004-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2005 – 2006-cı illərdə LDU-da, 2008 – 2011, 2017 – 2018-ci illərdə BAAU-da müasir Azərbaycan dili, Azərbaycan ədəbi dil tarixi, dialektologiya, nitq mədəniyyəti, akademik yazı və oxu fənlərindən mühazirələr oxuyub.
2013 – 2014-cü illərdə “Altun kitab” nəşriyyatının lüğət
bölməsində redaktor işləyib. “Azleks” layihəsi çərçivəsində
“Azərbaycan dilinin frazeologiya lüğəti”nin tərtibində iştirak edib.
2013-cü ildə elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya
qəbul olub. 2014-cü ildə Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində aparıcı elmi işçi olub. 2015-ci ildə dosent elmi adı alıb. Fəaliyyətinə görə müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Respublika və beynəlxalq miqyaslı elmi konfransların iştirakçısıdır. 2020 –2024-cü illərdə DDK MM Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri olub.
Tanınmış dilçi alim çağdaş dilçiliyimizin aktual problemləri ilə
bağlı mətbuatda və televiziyalarda ardıcıl çıxışlar edib. İki monoqrafiya və 90-dan çox elmi məqalənin müəllifidir.
Ailəlidir: 3 övladı var. Ölkəmizin suverenliyinin bərqərar olunma-
sında və separatçılığın birdəfəlik kökünü kəsən möhtəşəm tarixi
zəfərimizdə bu ailənin də payı var. Oğlu Eşqin Məmmədli 2023-cü il sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında fəal iştirak edib. Şahlar Göytürk qayğıkeş, səbirli, alicənab insandır. Məşğul olduğu sahədə çox inadkardır. Onun dövlət dilinin tətbiqi, təbliği, inkişafı və saflığı sahəsində fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Dilçi alim yazır: “Televiziya dilinin təsir gücü onun kütləviliyində, eləcə də səs, söz və təsvir, görüntü imkanlarına malik olmasındadır. Doğrudur, KİV-də gedən dil proseslərini, o cümlədən televiziyaların dil mənzərəsini çağdaş ədəbi dildən kənarda təsəvvür etmək olmaz. Televiziya çap və elektron mətbuatla müqayisədə dil proseslərini daha qabarıq şəkildə
əks etdirir, şifahi nitq meydanı üçün geniş üfüqlər açır. Televiziya
cəmiyyətdə gedən proseslərin güzgüsüdür və ictimai fikrə təsir imkanları baxımından digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Bu güzgüdə nəinki ayrı-ayrı sahələrdə baş verən dəyişiklikləri, hətta dil proseslərini aydın şəkildə görmək mümkündür. Odur ki, ekrandan səslənən nitq anlaşıqlı, ədəbi tələffüz qaydalarına uyğun olmalıdır..”
Şahlar Göytürk yüksək zövqə malikdir. İstədiyini əldə etməyi
bacarır. Həyatdan nə istədiyini çox yaxşı bilir. Praktik zəkalı, ciddi
adamdır. Mənasız mübahisələrə vaxt sərf etmir. Sakit və mülayim
davranışa üstünlük verir. Etibarlı, xeyirxah, humanist bir insandır.
Bəli, alim əgər insan olmağı bacarmırsa, onun elmi də şübhəlidir.
Əsl alim xəzinədir – dövlətin, xalqın canlı elm xəzinəsi! Haqqında
söhbət açdığım filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk də bu xalqın canlı xəzinəsidir – qənimət övladlarından biridir. Şahlar Göytürkün 50 illik yubileyi münasibətilə işıq üzü görən “Uzun sözün qısası” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Odur ki, alim çağdaş dilçilik elminin aktual məsələlərinə həsr etdiyi qiymətli fikirlərini yığcam şəkildə və oxunaqlı, anlaşıqlı bir üslubda təqdim edib. Bu kitab həm də Azərbaycan dilçilik elminin kütləviləşməsi və populyarlaşdırılmasına xidmət edir. Zəngin dil faktları, bir-birindən maraqlı fikirlər, eləcə də elmi idrakla bədii təxəyyülün yaradıcılıqda birləşməsi bu kitabın dəyərini, sanbalını
daha da artırmışdır. Müəllif bu kitabla ana dilimizin qüdrətini,
zənginliyini ustalıqla təqdim edə bilmişdir. Kitabda müəllifin son
illərdə qələmə aldığı bəzi elmi məqalə- lər, şeirlər, esse və oçerklər öz əksini tapmışdır. Şahlar Göytürkün çoxşaxəli yaradıcılığı milli kimliyimizə, bütöv azərbaycançılıq məfkurəsinə, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev ideyalarına əsaslanır. Məncə, bu kitabı həm də Şahlar Göytürkün 50 yaşına hesabatı da adlandırmaq olar. Müəllifin qələmə aldığı poeziya nümunələri barəsində də qısaca öz düşüncələrimi bölüşmək istərdim. Azərbaycanda elmi dərəcəsi olan şairlər çoxdur, amma alimlərimizin arasında şair kimi tanınanlarını barmaqla saymaq olar. Şair-alimlə alim-şairin fərqi isə bəllidir. Biri elmə şair kimi baxır, digəri isə şairliyə alim kimi yanaşır. Hansı daha yaxşı poeziya nümunələri yarada bilir, bu, başqa məsələdir. Bəli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk həm də gözəl şairdir:
Hər kəs öz hayında, öz iş-gücündə,
Vicdanın səsinə qulaq asıram.
Bu qədər şairin, şeirin içində
Utana-utana şeir yazıram.
Göründüyü kimi, şairi bol olan bir məmləkətdə özünü şair kimi
təqdim etməyə utanır, amma şeirdən də əl çəkə bilmir. Çünki əsl şeir yazılmır, doğulur. Bu misraları ancaq şeirin nə olduğunu dərk edə bilən şəxs yaza bilər. Onun bu təvazökarlığı, necə deyərlər, adamın sarı simimə toxunur. “Dur gəl” şeirində şairin büllur kimi saf daxili aləmi, kamil insan obrazı göz önündə canlanır. Onun mənəvi aləmi tükənməz bir xəzinədir. Şair bu xəzinəni gizlətmir, əksinə sözlə dolu sinəsini açaraq çağırış edir:
Bir tükənməz xəzinəyəm,
Dolub sözlə sinəm, dur gəl.
Ziyanım yox bir kimsəyə,
Sevgi dolu dinəm, dur gəl.
Bir ömürdür, sürüb keçdim,
Hər üzünü görüb keçdim,
Zülmətləri yarıb keçdim,
Bir işığam, günəm, dur gəl.
Üçrəngli bayrağımız haqqında çox şeirlər yazılıb, hətta aralarında
müsabiqələrdə qalib gələnləri də olub. Bir neçəsi ilə mən də tanışam. Səmimi deyirəm, Şahlar Göytürkün müəllifi olduğu “Azərbaycan Bayrağı” şeiri həmin nümunələrdən daha mənalı, daha axıcıdır. Heç bir hissəsində dil dolaşmır. Necə deyərlər, nə söz dili kəsir, nə də dil sözü. Əslində, bu şeir orta məktəb dərsliklərinə salınsa, şagirdlərimizin vətən- pərvər ruhda yetişməsinə gözəl bir töhfə olar:
Yeni nəfəs gətirdin türklük hissiyyatına
Qatdın öz inancını islam etiqadına.
Sən azadlıq bəxş etdin qız-gəlinə, qadına,
Həya, ismət duvağı Azərbaycan Bayrağı!
Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın eşqi, andı, vüqarı
Sən ey zəfər sancağı, Azərbaycan Bayrağı!
Bəh-bəh, necə də gözəl tərənnümdür! Bu şeirdə şairin fikirləri
poetik ifadə etmək bacarığı, fəlsəfi baxışları, sözə həssas yanaşması, dərin məntiqi açıq-aşkar nəzərə çarpır.
Tarixi zəfərimizi əks etdirən “Azərbaycan Ordusu” şeiri isə
Müzəffər Ordumuza həsr olunmuş ən gözəl bədii nümunələrdən
biridir. Şeirdə yenilməz ordumuza sonsuz inam, hədsiz sevgi çağlayır:
Gözləri var göyün də, qulağı var yerin də,
Ruhunu şad elədin göydə şəhidlərin də.
Vətən adlı bir eşq var ruhunda, cövhərində,
Zərrə qədər gözündə yoxdur ölüm qorxusu,
Düşmənlərə göz dağı – Azərbaycan Ordusu!
Şahlar Göytürkün “Ömrün bir günə sığdığı vaxt” essesi oğlunun
döyüş xatir l ri sasında q l m alınıb. Yazını həyacansız oxumaq olmur. Ölümün gözünün içinə dik baxan əsgər və zabitlərimizin
rəşadətini, Vətən eşqini göz önünə gətirəndə adam qürur hissi keçirir:
“Bayrağın altında tonqal qalamışdılar. Yığışdıq ətrafına. Üst-başım pis gündə idi: yaralı gizirin qanı palçıq və su içində olan paltarıma bulaşmışdı. Deyirlər, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Həmin anda üst-başıma baxanda sanki özümü Vətənin bir parçası sanırdım”.
Bəli, tariximizin ən parlaq səhifələrindən olan antiterror
əməliyyatı Qarabağ Zəfərinin davamı idi. Azərbaycan Ordusunun
apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində
ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa
etdi.
Şairin doğma ata-baba yurduna bağlılığı, insanlara olan məhəbbəti adamı heyran edir. Yenidən uşaq olmaq arzusu, kəndlə bağlı xatirələri “Var idi” şeirinin əsas mövzusudur:
Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi.
Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi?
Hara getdi? Öz yerimiz var idi.
Bəli, onu bir alim kimi çoxdan tanıyırdım, amma şair olduğunu
sonralar kəşf etdim. İnanıram ki, Şahlar Göytürkün bədii yaradıcılığı da, elmi yaradıcılığı kimi ona nüfuz qazandıracaq, hörmət gətirəcəkdir.
Bu gün Şahlar müəllimin 50 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri