Elçibəyin vəsiqəsinin fotosu yayıldı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
24 iyun Azərbaycanın ikinci Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.
"Cebheinfo.az"ın məlumatına görə, sosialəbəkələrd Əbülfəz Elçibəyə məxsus olan vəsiqənin fotosu yayılıb. Foto araşdırmaçı jurnalist Dilqəm Əhmədin şəxsi kolleksiyasındandır.
Xatırladaq ki,
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, 1962-ci ildə bitirib.
O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci ildə Azərbaycanın Prezidenti seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.
"Cebheinfo.az"
Baxış sayı:66
Bu xəbər 24 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















