Icma.az
close
up
RU
Elçiliyə onlar gedibmiş... Kübra ilə afrikalı futbolçunun hekayəsi

Elçiliyə onlar gedibmiş... Kübra ilə afrikalı futbolçunun hekayəsi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan I Liqasında çıxış edən "Difai” klubunun kamerunlu futbolçusu Kristian Kamtanın Kübra adlı azərbaycanlı xanımla nişanlanması maraqla qarşılandı. Oktyabrın 2-də Bakıda baş tutan cütlüyün şad günündə klub rəsmiləri də iştirak edib.

Qaynarinfo Teleqraf-a istinadən 21 yaşlı hücumçu ilə müsahibəni təqdim edir:

– Kristian, əvvəlcə bizə tanışlıq hekayəniz barədə danışın…

– Biz işlə əlaqədar tanış olmuşuq. Mən Kübraya Teleqram vasitəsilə yazdım, qidalanma ilə bağlı kömək istədim. Sonra o, məni ofisinə dəvət etdi. Dedi ki, "əgər işləyəcəyiksə, bubarədə klub rəhbərliyinə məlumat verin". Görüşdən sonra ona mesaj yazdım: "Səni çox bəyəndim və tanış olmaq istəyirəm”. O vaxt işinə çox fokuslandığı və karyera yüksəlişi yaşadığı üçün mənə "yox” dedi. Amma iş birliyinə razılaşdı. Komandası ilə çöldə vaxt keçirirdilər, mən də bəzən onlara qoşulurdum. Fərqli millətdən olduğum üçün Kübra məni komandası ilə birlikdə vaxt keçirməyə dəvət edirdi. Onun mərhəmətini, insanlara, xüsusilə mənə qayğısını çox bəyəndim. İlk gündən demişdim ki, "məni sevməyin üçün əlimdən gələni edəcəyəm və biz ailə olacağıq”. Beləcə, üç ay sonra qərara gəldik ki, ailə qura bilərik. Münasibətimiz başlayandan sonra Kübra həm Bakıdakı, həm də rayonlardakı bütün oyunlarımıza gəlir...

– Bəs ailəniz bu münasibətə reaksiyası necə oldu?

– Anama şəklini göstərdim, bəyəndi. Dedi ki, "gözəl qızdır, amma ən əsası onun yaxşı xarakterə və düzgün düşüncəyə sahib olmasıdır”. Yəni tandıqıca bir-birini daha çox sevdilər və hörmət edirlər. Həm də özümün xəyalı ağdərili xanımla evlənmək idi.


– Bəs Kübra xanımın ailəsi bu izdivaca necə yanaşdı?

– Ən çox atasının sərt reaksiyasından qorxurdu. Əvvəlcə bacısı ilə tanış etdi, anası isə bir az narazı idi. Bu, daha çox ailə mentaliteti ilə bağlı idi. Sonra anası dedi ki, "önəmli olan insanlığıdır”. Ailədə ən istiqanlı davranan isə atam oldu, Dedi ki, əsas odur, qızımı xoşbəxt et.

– Bürcləriniz hansılardır?

– Mən Xərçəng, Kübra isə Oğlaq bürcündəndir. Bir-birimizi çox yaxşı tamamlayırıq.

– Ailələrinizdə futbola maraq varmı?

– Kübranın atası futbola çox baxır. Ailələrimizdə futbolla məşğul olan yoxdur. Uşaq vaxtı böyük qardaşımla oynayırdım, o, mənə çox yaxşı ötürmələr verirdi.

– Nişan mərasimində valideynləriniz iştirak etdi?

– Yox, səfər çətinliyinə görə gələ bilmədilər. Amma ikinci ailəm saydığım klub prezidentimiz Asəf Məlikov həyat yoldaşı ilə bərabər elçilik etdi.

– Daha əvvəl münasibətinizdən xəbərdar idilər?

– Bəli. Bakıda bir oyundan sonra demişdim ki, "bu, qız dostumdur”. O da zarafatla soruşdu ki, "Toy nə vaxtdır?” Həmin vaxt biz hələ tanışlıq mərhələsində idik. Bizim klubda rəhbərliklə futbolçular bir ailə kimidir. Hətta dedi ki, "nə vaxt istəsən, elçiliyə özüm gedərəm”.


– Deməli, elçiliyi klub prezidenti edib?

– Bəli, o, ailəm kimi həyat yoldaşı ilə bərabər gedib Kübranı istədi. Həmin gün təsadüfən onların da nikahının 32 ili tamam olurdu.

– Bir-birinizi necə anlayırsınız?

– Biz fransızdilliyik, amma mən də, o da ingiliscə danışırıq. Kübra bacımla vatsapda görüntülü danışır, ailəmlə də tanış olur. İngilis dilimizi daha da təkmilləşdirməyə çalışırıq. Gələcəkdə Azərbaycan dilini də öyrənmək istəyirəm. Bəzi sözləri bilirəm: "Salam”, "necəsən”, "çox sağ ol”, "səni sevirəm” və s.

– Futbolçu karyeranıza harada başlamısınız?

– Vətənimdə başlamışam. Nigeriyada, sonra Moldovada çıxış etmişəm. 2023-cü ilin noyabrından "Difai” klubundayam.

– Yayda İraqın "Al-Karh” klubuna transfer olsanız da, iki ay sonra Azərbaycana qayıtdınız. Geriyə dönməyinizin səbəbi nə oldu?

– Bu, karyeram üçün yaxşı fürsət idi, dəyərləndirmək istədim. Peşəkarlıq mənim üçün önəmlidir. Gedərkən demişdim ki, şəraitimi yaxşılaşdırıb Kübranı da aparacağam. Amma oradakı münasibət və mühit mənə uyğun olmadı. Burada daha çox ailə atmosferi olduğuna görə geri döndüm.


– Bir neçə ay öncə irqçiliklə üzləşdiyinizi bildirərək FIFA və UEFA-ya müraciət etmişdiniz. Həmin vaxt nə baş vermişdi?

– Ötən mövsüm "Mingəçevir” klubuna qarşı çempionat oyununda baş hakim Fərid Hacıyevin mənə qarşı qərəzli davrandığını hiss etdim. Mənə olan bütün qayda pozuntularına göz yumurdu. Düşündüm ki, bəlkə bu, mənim şəxsiyyətimlə bağlıdır, ya da irqçilikdir. Amma məktubumda yazmamışdım ki, Azərbaycanda irqçilik var. Sadəcə, həmin hakimin davranışının səbəbini bilmək istədim. Ümumiyyətlə, burada irqçiliklə rastlaşmamışam, münasibət həmişə müsbət olub. Amma o oyundakı vəziyyət fərqli idi.

– Cavab almısınız?

– Hələlik heç bir cavab gəlməyib.


– Ombudsmanın bu məsələyə müdaxiləsi necə oldu?

– O, özü mənimlə əlaqə saxladı və məsələni araşdırmaq istədiyini bildirdi. Məni çox xoş qarşıladı. AFFA-ya da sorğu göndərildi, araşdırma başladı. Bundan sonra müsbət dəyişikliklər oldu. Hakim səhv edə bilər, amma qərəzli münasibətlə bir daha rastlaşmadım.

– Azərbaycanla bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı...

– Bura ilk dəfə gələndə bəyənməmişdim. İnsanlar azərbaycanca danışırdı, mənim isə ana dilim fransızcadır, tərcümədə çətinlik yaranırdı. Amma Kübra ilə tanış olandan sonra Bakını daha çox sevməyə başladım. Bağdaddan qayıtdıqdan sonra isə Azərbaycanın qədrini daha çox bildim (gülür). Burada insanlar istiqanlı, şəhər isə müasir və rahatdır.


– Bakının hansı tərəfi daha çox diqqətinizi çəkib?

– Əvvəl gəzməyi sevmirdim, amma ilk dəfə Bakını Kübra ilə gəzdim. Yəni Bakını ilk dəfə onunla kəşf etdim. Ən çox Bulvarı və İçərişəhəri bəyəndim. Gələcəkdə birlikdə Azərbaycanın müxtəlif bölgələrini gəzəcəyik.

– Hansı rayonlarımıza getmək istərdiniz?

– Şəkini çox bəyənirəm. Çünki qədimi şəhərdir. Amma Kübra məni ilk olaraq Salyana aparacaq. Orada balıq yeməkləri məşhurdur. Bizdə, Kamerunda da dəniz məhsulları çox yeyilir. Kübra mənə "Salyanda balıq qonaqlığı verəcəyəm” deyib (gülür).

– Dininiz fərqlidir, bu, münasibətinizə təsir etmir?

– Mən xristianam, o isə müsəlmandır. Amma bu, bizim üçün problem deyil. Əsas olan qarşılıqlı hörmət və anlayışdır.

– Toy nə vaxtdır?

– Növbəti ay planlaşdırırıq. Sadə, gənclər üslubunda mərasim olacaq. Xüsusi adət-ənənələrə bağlı qalmayacağıq. Adət-ənənələrlə getsək, böyük fərqlər yaranacaq.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri